“Cildinizdəki toksik maddələrin təmizlənməsi üçün günlük qulluq

Cildinizdəki toksik maddələrin təmizlənməsi üçün günlük qulluq

Makyajınızı təmizləmədən əsla yatmayın! Cildinizdəki makyajı təmizləmədiyinizdə gün içində yığılan yağlar və kir bakteriyaları çoxalır və beləliklə bütün bunlar qara nöqtələrin yaranmasına səbəb olur. Nəticə olaraq cildiniz daha sürətli yaşlanmağa başlayır. Halbuki təmizlənən və nəmləndirilən dəri, siz gecə yatarkən özünü daha yaxşı yeniləyir.

Dəriniz bir gözəllik əlamətidir və xarici dünyaya qarşı qoruma rolunu oynamaqla yanaşı, eyni zamanda özünü daimi olaraq yeniləyən orqandır. Dərinizdə sızanaqlar və ya nöqtələr görməyə başladınızsa deməli toksiklərdən qurtulmağınızın vaxtı çatıb. Həftədə bir dəfə maska ilə dərinizi dərindən təmizləyin, çünki hüceyrələriniz özünü yeniləyərkən, məsamələr yağ və kirlə dolur. Bir çox üz təmizləmə maskasının içində gil və ya palçıq olur. Bu maddələrin içindəki neqativ yüklü ionlar pozitiv yüklü kiri çəkir və beləliklə məsamələrdəki yağlar və ölü hüceyrələr bir az yox olur.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar