“Çillərin yaranmasının qarşısını alın

Çillərin yaranmasının qarşısını alın

Çillər bəzi insanlar üçün xoş görünməyən və narahat edici bir dəri ləkəsi olaraq qəbul olunur. Bir çox insan çillərindən qurtulmaq və ya yaranmasının qarşısını almaq istəyir. Çillərlə bağlı bəzi tövsiyələr üçün yazımızı oxumağa davam edin.

Günəş şüalarının zərərli təsirlərindən üzdə yaranmış çillərin rənginin tünləşdiyini və yeni çillərin yarandığını hər kəs bilir. Bu səbəbdən də dərimizi günəşin zərərli şüalarından qorumaq mütləqdir. Bunun üçün evdən çıxarkən günəş kremi istifadə edin. Üzünüzün hər tərəfinə ağ günəş kremi çəkmək istəmirsinizsə, yüngül nəmləndirici bir günəş kremi istifadə edə bilərsiniz.
Üzünüzə yandırıcı günəş şüalarının təsir etməməsi üçün yay üçün nəzərdə tutulmuş kepka və günəş eynəyindən istifadə edin.

Dermotoloqa müraciət edərək sizin dəri tipinizə ən uyğun olan kosmetik vasitələr haqqında məlumat ala bilərsiniz. Dermatoloqunuz sizə çilin qarşısını alıcı və ya çilləri yox edici krem məsləhət görəcəkdir.

Çalışın ki, günəşin təsirli olduğu saatlarda çölə çıxmayasınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar