“Dabandakı çatları aparmaq üçün maska

Dabandakı çatları aparmaq üçün maska

Daban çatları bir çox xanımı narahat edən problemlərdəndir. Yayda açıq ayaqqabılar geyinildiyindən bu problem daha çox nəzərə çarpır. Bəzi insanlarda bu genetik olur, bəzilərində isə hər yaz təkrarlayan bir problemdir. Amma narahat olmayın, bu problemi aradan qaldırmağın asan yolu var. Daban çatlarından azad olmaq üçün həm ucuz, həm də təsirli bir maska reseptini sizinlə paylaşırıq. Heç bir yan təsiri olmayan bu maskanın hazırlanması və tətbiqi də çox asandır.

Lazım olanlar:

  • 1 vanna isti su
  • Yarım fincan listerine(ağız təmizləmə suyu)
  • Yarım fincan sirkə

Hazırlanması və tətbiqi:

İsti suyu vannaya doldurub üzərinə sirkə və ağız təmizləmə suyunu əlavə edin. Bunları yaxşıca qarışdırıb ayaqlarınızı ən az 20 dəqiqə bu suda saxlayın. Beləliklə, ölü dərilər soyulmağa başlayacaq və bu sayədə də dabanlarınızdakı çatlardan azad olmuş olacaqsınız.

Siz də bu asan maskadan istifadə edərək dabanlarınızdakı çatlardan asanlıqla və tez bir müddətdə azad ola bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar