“Dəri tipinizə uyğun məsləhətlər

Dəri tipinizə uyğun məsləhətlər

Mükəmməl bir dəriyə sahib olmaq istəyirsinizsə, ilk olaraq dəri tipinizi bilməli və dərinizi doğru nəmləndirməlisiniz.

Karma dəri

Səhər üzünüzü yuduqdan sonra təmizləyici kremlərlə üzünüzə qulluq edin. Üzünüzü bol ilıq su ilə yuduqdan sonra qurulayın. Dərinizi nəmləndirmək üçün karma dərilər üçün uyğun olan krem istifadə edin. Gün keçdikcə dərinizin yağ səviyyəsinin nizamlandığını və məsamələrin rahatlaşdığını görəcəksiniz. Hər gecə salisilik turşu ehtiva edən təmizləyicilərdən istifadə edərək, ilıq su ilə üzünüzü yuyun.

Yağlı dəri

Yağlı dərilər daim parlayır. Məsamələr dərinin hava almasının qarşısını alacaq qədər qapalıdır. Dolu məsamələr qara nöqtə və sızanaqlara səbəb olur.

Hər səhər salisilik turşu tərkibli təmizləyicilərlə üzünüzü yuyun. Bu, dərinizdəki artıq yağın atılmasını və məsamələrinizin açılmasını təmin edəcək. İlıq su ilə üzünüzü duruladıqdan sonra qurulayın. Bütün dərinizi toniklə təmizlədikdən sonra losyondan istifadə edə bilərsiniz.  Daha sonra üzünüzə günəşdən qoruma xüsusiyyətinə malik nəmləndirici krem vurun. Gün ərzində təmizləyici salfetlər ilə üzünüzdə toplanmış yağı təmizləsəniz, dəriniz daha yaxşı olacaq. Gecə üzünüzü ilıq su ilə yuyun. Üzünüzü quruladıqdan sonra toniklə silin. Həftədə bir dəfə yağlı dərilər üçün hazırlanan maskalardan istifadə edə bilərsiniz.

Quru dəri

Tərkibində spirt olmayan bir təmizləyici ilə üzünüzü səhərlər təmizləyin. İlıq su ilə üzünüzü yuduqdan sonra yavaşca qurulayın. Dərinizi nəmləndirmək üçün quru dərilər üçün nəzərdə tutulmuş kremlərdən istifadə edin.

Gecələr alkoqolsuz təmizləyici ilə üzünüzü yuyun. Gecə yatmazdan qabaq gecə kremi tətbiq edin.

Həftədə 1 dəfə nəmləndirici üz maskası edə bilərsiniz. Makiyaj zamanı krem teksturalı tonal kremlər istifadə etməli və nəmləndirici xüsusiyyətə malik dodaq qoruyucularını sınamalısınız.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar