Ağ dəri
Üstünlükləri: Ağ dəridə yara izləri və ləkələr azdır. Ümumi olaraq peeling də daxil olmaqla hər növ kosmetik cərrahiyyəyə daha yaxşı cavab verirlər.
Mənfi cəhətləri: İncə olduğu və az melanin ehtiva etdiyi üçün günəşin verdiyi ziyanlara, qızarıqlığa, xüsusilə də yanaqlarda və burun yanlarındakı damarlarda çatlaqlara qarşı daha həssasdır. Dəri nə qədər açıqdırsa o qədər həssasdır.
Qəhvəyi dəri
Üstünlükləri: Qəhvəyi dəridə yağ vəziləri sıx olduğu üçün yağlı olmağa meyli çoxdur. Bunun köməkliyi ilə qırışlar daha az olur. Daha elastikdir və daha uzun müddət gərgin qaldığı deyilə bilər.
Mənfi cəhətləri: İltihablanmağa meyllidir. Bu proses görünən yaralara səbəb ola bilər. Piqmentdə dəyişikliklərə gətirib çıxarar və bəzən keloit deyilən geniş yaralara səbəb ola bilər.
Açıq qəhvəyi, ya da sarı dəri:
Ən çox Asiyalılarda görülür. Asiyalıların dərisi açıq bejdən tünd sarıya qədər dəyişir.
Üstünlükləri: Asiyalıların dərisi günəşin zərərlərinə qarşı ağ dəridən daha dayanıqlıdır. Lakin qəhvəyi dəridən fərqli olaraq dəriyə hamar bir görünüş verən kiçik məsamələrə meyllidir.
Mənfi cəhətləri: Dəri sarımtıl görünə bilər. Bəzən ləkəli və yağlı da ola bilər. Əlavə olaraq iltihablanmanın hər cür tipi ləkələnmələrə yol aça bilər.