“Dəridəki çatlar üçün təbii çarələr

Dəridəki çatlar üçün təbii çarələr

Dəri çatları üçün təbii çarələr dedikdə ümumiyyətlə bitki yağları ilə masaj nəzərdə tutulur. Xüsusilə quru dəriyə sahib olanların problemi olan çatları yarandıqdan sonra aradan qaldırmaq çətin olduğu üçün yaranmamışdan əvvəl bir sıra tədbirlər görməlisiniz. Bunlara misal olaraq dərinizə badam yağı və ya zeytun yağı çəkərək nəmləndirmək, vanna qəbul edərkən kisələnmək və kökəlməmək kimi üsulları göstərə bilərik. Bu problemi aradan qaldırmaq üçün təbii üsulların nələr olduğu və hansı təbii vasitələrdən istifadə edə biləcəyinizə nəzər salaq.

Nanə yağı

Bu kremi hazırlamaq üçün 10 damcı nanə yağı ilə eyni miqdarda küncüt yağını bir şüşə qaba töküb qarışdırın. Bu qarışığı çat yaranan hissəyə hər gün müntəzəm olaraq çəkin. Bir müddət sonra təsirini hiss edəcəksiniz.

Qatırquyruğu

Sağlamlığa bir çox faydası olan qatırquyruğu bitkisinin tərkibində olan silikon təbii bir dəri təzələyicidir və çatlara çox yaxşı təsir edir. Bir litr 40%-lik arağın içində 100 qram qatırquyruğu bitkisini ən az bir ay saxlayın. Sonra bu qarışığa 8-10 damcı limon suyu əlavə edin. Bu qarışığı çat olan hissəyə yuvarlaq hərəkətlərlə gündə iki dəfə masaj edərək tətbiq edin.

Badam yağı

Badam yağını bir şüşə qaba töküb üzərinə 2 damcı gül ağacı yağı əlavə edib qarışdırın. Bu kremi hər gün masaj edərək dərinizə tətbiq etməyiniz çatların aparılması üçün olduqca təsirli bir vasitədir. Badam yağı ən yaxşı təbii nəmləndiricilərdən biridir və çatlarla yanaşı, dəriyə qulluq və saçların gücləndirilməsi üçün də istifadə oluna bilər.

Kök məlhəmi

Bunu hazırlamaq üçün kökü yumşalana qədər buxarda bişirin. Sonra püre halına gətirərək çat olan hissəyə çəkin. Yarım saat saxladıqdan sonra soyuq su ilə durulayın. Çünki isti su dəriyə daha çox ziyan vurur.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar