“Dərini gözəlləşdirən çiyələk maskası

Dərini gözəlləşdirən çiyələk maskası

Bu çiyələk maskası olduqca asan edilən, tamamilə çiyələyin gücündən faydalandığımız, üzünüzü təmizləyən və canlandıran bir maskadır. Ölü hüceyrələri təmizləməsi ilə yanaşı, fol turşusu tərkibi ilə bölgədə hüceyrə yenilənməsini sürətləndirməsi üçün bədəni xəbərdar edir. Bal isə çiyələyin sərt quruluşuna zidd olaraq dərini yumşaldıb nəmləndirəcək və ölü hüceyrə təmizləmə əməliyyatına köməkçi olacaq.

Vəsaitlər:

2 - 3 ədəd əzilmiş çiyələk,

1 çay qaşığı təbii bal.

Hazırlanma və tətbiq:

Kiçik bir kasa içində çiyələkləri yaxşıca əzdikdən sonra 1 çay qaşığı bal əlavə edib diqqətlə qarışdırın.

Yaxşıca qarışdırılaraq hazırlanmış maskanı üzünüzə dairəvi hərəkətlərlə masaj edərək tətbiq edin.

Tətbiqdən əvvəl barmaqlarınızın təmiz olduğundan əmin olun.

1-2 dəqiqə dərinizə masaj edərək çiyələk maskasını tətbiq etdikdən sonra 10-15 dəqiqə qədər maskanı üzünüzdə gözlədin.

Ardınca bol suyla üzünüzü təmizləyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar