Dəri bədənin ən böyük orqanıdır və mənfi təsirlərə qarşı ilk və ən əhəmiyyətli maneədir. Dərinin bəzi vəzifələri bunlardır: Bədən istiliyini təşkil etmək, daxili strukturları qorumaq, toxunma və basqı hisslərini təmin etmək. Möhkəm və işıltılı bir dəri sağlamlıq əlamətidir. Yenə də, dərinin görünüşünə və funksiyalarına mənfi təsir edə biləcək bir çox daxili və xarici faktor olur.
Dərinizə təsir edən əsas amillər:
- Həddindən artıq dərəcədə günəş şüasına məruz qalmaq.
- Həddindən artıq dərəcədə kimyəvi maddə istifadəsi. Məs: Makiyaj, sabun kimi.
- Alkoqolizm.
- Tütün istifadəsi.
- Balanssız və ziyanlı qidalanma.
Estetik baxımdan dəri bir çox mədəniyyətdə gözəlliyin simvoludur. Bu gün bir çox kosmetika şirkəti dərini qorumaq və yeniləmək üçün yeni yollar tapmağa səy göstərməkdədir. Amma siz kimyəvi maddələrlə dolu olan bu bahalı maskalara ehtiyac duymayacaqsınız. Evdə təbii maddələrlə özünüz ən yaxşı maskaları hazırlaya bilərsiniz. Müxtəlif maska reseptlərini buraya daxil olaraq öyrənə bilərsiniz.