Dərinizin rəngini dəyişmək, daha ağ olmasını istəyirsinizsə, bunun üçün evdə hazırlaya biləcəyiniz bir krem reseptini sizə təqdim edirik. Bu krem ilə dərinizin rəngini 3-4 ton aça bilər və beləliklə, daha ağ bir dəriyə sahib ola bilərsiniz. Həmçinin bu krem sayəsində üzünüzdəki balaca ləkələrin də görülməsini azalda bilərsiniz.
Lazım olanlar:
- Bir dilim limon
- Qabartma tozu
- Alma sirkəsi
- Uşaq pudrası
Hazırlanması:
Nazik bir dilim limonun suyunu sıxın və üzərinə bir çay qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Sonra bu qarışığın içərisinə qabartma tozunu əlavə edib krem halına gələnə kimi qarışdırın.
Qeyd: Bu krem bir dəfəlik istifadə üçündür. Hər dəfə yenisini hazırlamalısınız.
Tətbiqi:
Üzünüzü yaxşıca yuyub quruladıqdan sonra kremi oval hərəkətlər ilə masaj edərək üzünüzə çəkin. Dəriniz tərəfindən kremin yaxşı sorulması üçün onu 10 dəqiqə üzünüzdə saxlayın. Sonra isə ilıq su ilə yaxşıca yuyun. Əgər varınızdırsa, bir üz kisəsi istifadə etməyiniz tövsiyə olunur. Bu üsul sayəsində üzünüzdəki ölü dəriləri atmış və yeni dərinin nəfəs almasını təmin etmiş olacaqsınız.
Əgər dərinizdə maskanı tətbiq etdikdən sonra qızarmalar yaranarsa, bu qızarıqlığın keçməsini gözləyin, sonra isə əlinizə yarım çay qaşığı pudra töküb yayaraq üzünüzə çəkin. Bu sayədə dəriniz həm təmizlənəcək, həm də ağaracaqdır. Bunu mütəmadi olaraq tətbiq etdiyinizdə dərinizin rəngində olan ton fərqinin şahidi olacaqsınız.
Siz də evdə asanlıqla hazırlayacağınız bu ağardıcı krem sayəsində dərinizi həm bir neçə ton ağarda, həm də təmizləyə bilərsiniz.