Ekoloji faktorlar səbəbi ilə dərinizdə ləkələr yarana bilər və dəri rənginiz dəyişə bilər. Dəri rənginizi ağartmaq üçün evdə asanlıqla tətbiq edə biləcəyiniz üsulları sizin üçün yazdıq.
Dəri rəngini dəyişən ekoloji faktorlar arasında vərdişləriniz də yer alır. Siqaret çəkmək, həddən artıq qəhvə və kofein tərkibli içkilər istifadə etmək dəridə ləkələrin yaranmasına səbəb olur.
Xüsusilə, günəşin təsirli olduğu günlərdə qoruyucu krem istifadə etmədikdə dərinizdə daimi ləkələr yarana bilir.
Düyü unu ilə dərinizi ağardın!
Düyü unu və südlə hazırlayacağınız maska dərinizi ağartmaq üçün ən təsirli üsullardan biridir. Yarım çay stəkanı düyü unu və bir çay stəkanı südü qarışdırın, bulamac halını alan qarışığı üzünüzə çəkin. Təxminən 30 dəqiqə gözlədikdən sonra üzünüzü soyuq su ilə yuyun. Düyü unu tərkibindəki nişasta sayəsində dəri rənginizi açacaq. Həftədə azı 2 dəfə tətbiq etməklə istədiyiniz nəticəni əldə edə bilərsiniz.
Dərinizi qatıq maskası ilə parlaqlaşdırın!
Qatığın sağlamlığa faydaları ilə yanaşı, dərimiz üçün də bir çox faydası var. Qatıq tərkibindəki laktik turşusu sayəsində dəri rəngini açır. Amma, maskanı tətbiq edərkən istifadə etdiyiniz qatığın evdə hazırlanmış qatıq olmasına diqqət edin. Qatığı dərinizə çəkin. quruduqdan sonra soyuq su ilə yuyun. Davamlı istifadə edildiyi zaman təxminən 1 ay sonra dəriniz daha parlaq bir görünüşə sahib olacaq.
Qatıq və portağal qabığı ilə maska
C vitamini ilə zəngin, dəri üçün faydalı olan meyvələrdən biri də portağaldır. Dəridəki ləkələri təmizləməklə yanaşı, gözəl ətri ilə dərinizə fərahlıq hissi də bəxş edəcək. 1 ədəd portağal qabığı rəndəsini 1 - 2 yemək qaşığı qatıqla qarışdırıb, dərinizə çəkin. 15 - 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.
Xiyar maskasına limon əlvə edin!
Dəri üçün evdə tətbiq edə biləcəyiniz təbii üsullardan biri də xiyar maskasıdır. Xiyar maskasını tətbiq etdiyiniz zaman içinə təzə sıxılmış limon suyu əlavə etsəniz, dəri rənginizin gözlə görüləcək qədər ağardığının şahidi olacaqsınız. Kiçik bir xiyarı yaxşıca yuyub, mətbəx robotundan keçirin. Daha sonra yarım limonun suyunu əlavə edin və qarışığı üzünüzə çəkin. Limonun ləkələri təmizləyici xüsusiyyəti sayəsində dərinizdəki ləkələr azalacaq.
Bal və badam ilə dərinizi təzələyin!
Badamın tərkibindəki təbii yağlar dərinizi nəmləndirəcək və dəri rənginizin ağarmasını təmin edəcək. Bal ilə birlikdə tətbiq etdiyiniz zaman isə balın xüsusiyyəti sayəsində dərinizi yumşaldır və hüceyrələri yeniləyir. 1 çay qaşığı quru süd, 1 yemək qaşığı bal və 1 yemək qaşığı un halına gətirilmiş badamı qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15 - 20 dəqiqə gözlədikdən sonra soyuq su ilə təmizləyin.