“Evdə hazırlaya biləcəyiniz meyvə maskaları

Evdə hazırlaya biləcəyiniz meyvə maskaları

Evdə öz maskanızı özünüz yaradın. Hazırlaması olduqca asan olan maskalar sayəsində həm maskalarınızı zövqünüzə görə hazırlayacaqsınız, həm də dərinizdəki toksik maddələri təmizləyəcəksiniz. 

Kök maskası (Normal, yağlı cildlər üçün)

2-3 kök
4,5 çay qaşığı bal

Kökləri bişirin və əzin. Balla qarışdırın və üzünüzə çəkin. 10 dəqiqə gözləyib yuyun. 

Şaftalılı üz maskası (Normal cildlər üçün)

1 orta boy şaftalı
1 çay qaşığı bal
Yulaf

Şaftalını yumşalana qədər bişirin, çəngəl ilə əzin. Qatı olana qədər bal və yulaf əlavə edin. 10 dəqiqə dərinizdə saxlayın. 

Almalı üz maskası (sızanaqlı yağlı cildlər üçün)

1 ədəd orta ölçülü rəndələnmiş alma
5 çay qaşığı bal

İkisini qarışdırıb üzünüzdə 10 dəqiqə gözləyin və yuyun. 

Şirin çiyələk maskası (yağlı cild üçün)

8-9 çiyələk
3 çay qaşığı bal

Çəngəl köməyiylə çiyələkləri əzin və bal əlavə edin. Çox qarışdırmamağa diqqət edin. Qarışımı cildinizə çəkin. Bir neçə dəqiqə gözləyin və durulayın. 

Bananlı super maska (quru cild üçün)

2 orta ölçülü banan
İstəyə görə bal

Çəngəllə bananları əzin, bal əlavə edin. Cildinizə çəkin və 10 dəqiqə gözləyin. Sonra durulayın. 

Dəfnə yarpaqlı üz maskası (sızanaqlı cild üçün)

4 çay qaşığı gil
5 dənə qurumuş dəfnə yarpağı
1 stəkan distillə edilmiş su

Dəfnə yarpaqlarını bir stəkan qaynanmış suyun içinə atın, soyumasını gözləyin. Suyu gilin içinə əlavə edin və qalın bir qarışım əldə edin. Cildinizə sürtün, 15-20 dəqiqə gözləyin. İlıq suyla yuyun. 

Pomidor maskası (Yağlı cild üçün)

Bir pomidoru əzin və üzünüzdə 15-20 dəqiqə saxlayın. İlıq su ilə durulayın.

Maskaları tətbiq etmədən əvvəl məsamələrin açılması üçün ilıq suyla üzünüzü yuyun. Maskanı edin və son məsamələrin də bağlanması üçün soyuq suyla durulayın.

Buradan android tətbiqimizi endirə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar