Üzünüz üçün hazırladığınız qatıq maskaları yaşlanmanı gecikdirir, sağlam və parıltılı cild bəxş edir. İstifadə etməli olduğunuz qatıq təbii olmalıdır. Aşağıdakı maskaları hazırlaya bilərsiniz.
Sadə qatıq
Yatmazdan əvvəl 15 dəqiqə müddətində üzünüzün tünd hissələrinə təsir edəcək təbəqə şəklində vurun. Bir neçə həftədə üzünüzü ağartdığını görəcəksiniz.
Limon suyu və qatıq
Qatıq, yaşlılıq və ləkələr üçün olduqca effektivdir. Limon suyu və qatıq ilə üz maskası hazırlayın və ləkə olan hissələrə sürtün bol-bol sürtün.
Zeytun yağı və qatıq
Zeytun yağı ilə qarışdırılan qatıq, qırışları azaldır və yaşlanma əlamətlərini gecikdirir. Bu maska cildinin erkən yaşlanmasını istəməyənlər üçün effektivdir!
Banan, bal və qatıq maskası
Banan və ballı qatıq maskasını cildinizə sürtün və25-30 dəqiqə gözlətdikdən sonra soyuq su ilə yuyun. Bu maska üzünüzün sallanmasının qarşısını alacaq və sıxlaşdıracaqdır.
Xiyar və qatıq maskası
Ölü cild hüceyrələrindən qurtulmaq üçün, xiyar və qatığı qarışdıraraq maska hazırlaya bilərsiniz. Xiyarı rəndələyin və bir qab içində qatıqla qarışdırıb 15 dəqiqəlik üzünə sürtdükdən sonra üzünüzü yuyun.
Çobanyastığı və qatıq
Çobanyastığı yağını qatığa əlavə edib maska kimi istifadə edə bilərsiniz. Bu maska cildinizi yumuşaldacaq və daha canlı edəcək.
Android istifadəçiləri buradan saytımızın mobil tətbiqini endirə bilər:
https://play.google.com/store/apps/details?id=com.elitsolutions.leydi&utm_source=leydi.az