“Həddən artıq çox və ya az istifadə olunan kremlərin zərərləri

Həddən artıq çox və ya az istifadə olunan kremlərin zərərləri

Dəriyə qulluq məhsullarını miqdarından artıq istifadə etməyə ehtiyac yoxdur. Hər şeyin artığı ziyandır deyiblər. Hansı məhsulu nə qədər istifadə etməli olduğunuzu bilmək istəyirsinizsə, məqaləmizi sona qədər oxuyun.

Üz təmizləyici gel

Üz təmizləyici geli miqdarından artıq istifadə etdiyinizdə üzdə quruluq yaranır. Az miqdarda istifadə etməyiniz üzünüzü təmizləmək üçün kifayətdir.

Tonik

Tonik istifadə etdiyimizdə miqdarını müəyyənləşdirmək çətindir. Üz dərinizi kirdən və artıqlardan təmizləmək üçün istifadə olunur, bu məhsulu nazik və yavaşca üzə sürtməlisiniz. Bir neçə damcı istifadə etmək kifayətdir.

Nəmləndirici

Nəmləndiricinin üz qulluğumuz üçün əsas nüans olduğunu yəqin ki, hər kəs bilir. SPF məzmunlu bir məhsulu 25 mm miqdarında istifadə etməlisiniz. SPF məzmunlu olmayan məhsulların ⅘-ü qədər istifadə etməyiniz kifayətdir. Bu miqdardan artıq istifadə etdiyinizdə üzünüz ağırlaşacaq, az istifadə etdiyinizdə isə üzünüzün qurumasına səbəb olacaq.

Günəş kremi

Günəş kremini bol miqdarda sürtə bilərsiniz. Üz üçün ideal olan ölçü ən az 25 mm-lik olmalıdır.

Üz masqası

Üzə masqa hazırlayan zaman masqanın miqdarı tipinə görə dəyişir. Təmizləyici üz masqasını həddən çox sürtsəniz, üzdəki yağı əmərək dərinizin qurumasına səbəb olacaq. Ona görə də miqdarına diqqət etməlisiniz.

Gecə kremi

Yuxu əsnasında üzünüz ehtiyacı olan maddələri gecə kremi vasitəsi ilə əldə edir. Həddən çox istifadə etmək məsamələrin bağlanmasına və dərinin deformasiyaya uğramasına səbəb olur.

Göz kremi

Göz ətrafındakı dəri, üzdəki digər dərilərə nisbətən incədir. Buna görə də göz ətrafı daha çox baxım tələb edir. Göz ətrafına noxud dənəsi boyda krem sürtməyiniz kifayətdir. Kremi ən zəif barmaq hesab olunan nişan üzüyü taxılan barmağınızla nazik şəkildə sürtün.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar