Xüsusilə payız və qış aylarında dərinin nəmə ehtiyacı var. Evdəki ərzaqlar ilə dəriniz üçün təbii nəmləndirici maska hazırlayıb dərinizin sağlamlığını gücləndirə bilərsiniz.
Ərzaqlar:
- 1 ədəd yumurta ağı
- Yarım avokado
- Yarım limonun suyu
Hazırlanması:
- Bütün ərzaqları şüşə bir qabda yaxşıca qarışdırın.
- Təmizlənmiş üz və boyun nahiyələrinizə çəkin.
- 15 dəqiqə saxlayın və ilıq su ilə yuyun.
- Daha sonra qurulayıb badam yağı çəkin.