“Mükəmməl dəriyə sahib olan qadınların 5 sirri!

Mükəmməl dəriyə sahib olan qadınların 5 sirri!

Zərərli günəş şüalarından özlərini qoruyurlar
 
Gözəl dəriyə sahib qadınlar həddindən artıq günəş şüalarının zərərli təsirlərindən xəbərdardırlar.
Şapka, günəş eynəyi və ən əsası SPF, yəni günəşdən qoruyan tərkibə malik kremlərdən istifadə edirlər.
Bundan başqa günəş şüalarının dəri üzərindəki reaksiyasının istilərlə və ya fəsillərlə əlaqəsi olmadığını da bilirlər.
Günəş şüalarının daha çox olduğu yay fəsli ilə yanaşı qışda da özlərini günəşdən qorumalı olduqlarının fərqindədirlər.
 
Yaşlanmağa qarşı-antioksidan qidaları daim istifadə edirlər
 
Gündəlik həyatımızda stres, egzoz dumanı, havanın qəfil dəyişməsi, zərərli günəş şüaları kimi faktorlar dərinin nəm səviyyəsinə və təbii qoruma qalxanına zərər verir. Beləliklə, dərinin erkən yaşlanmasına səbəb olurlar.
Çiyələk, ispanaq, brokoli, pomidor, qara üzüm, böyürtkən, qaysı, qoz, fındıq kimi antioksidan tərkibə malik qidaları istifadə edərək yaşlanma təsirlərini azaldıb, daha gənc və parlaq cildə sahib olurlar.
 
Cild gözəlliyi üçün antioksidanların gücündən dəstək alırlar
 
Makiyaj qalıqları, yuxusuzluq, ətraf mühitin çirkliliyi kimi xarici amillərlə orqanizmimizə daxil olan radikallar dəri keyfiyyətinin pozulmasına səbəb olur.
Antioksidanlar isə gözəllik dostumuz olaraq dərimizi qoruyurlar. Parlaq və gözəl dəriyə sahib qadınlar dəriyə qulluq üçün krem seçdikləri zaman tərkibində antioksidan xüsusiyyətlərin olmasına üstünlük verirlər.
 
Çox yorğun olsalar belə makiyajlarını təmizləmədən yatmırlar
 
Makiyaj gözəlliyimizi vurğulayaraq özümüzü daha yaxşı hiss etməyimizi təmin edir. Amma, bəzən yorğunluq səbəbi ilə makiyajı təmizləmək unudulur. 
Halbuki, gözəlliyinin dəyətini bilən qadınlar heç vaxt makiyajlı şəkildə yatağa girmirlər. Makiyajı təmizlədikdən sonra antioksidan tərkibli kremi tətbiq edib, rahat şəkildə yuxuya gedirlər. Təbii ki, günə daha dinc və gözəl görüntü ilə başlayırlar.
 
Cildi daxildən qidalandırmaq üçün bol miqdarda su içirlər
 
Daha canlı və parlaq dəri üçün hər gün bol miqdarda su içmək şərtdir. Dərimizin ehtiyacı olan nəm və oksigeni hər gün 14 stəkan su içməklə daxildən qarşılamaq vacibdir. Siz də sağlam və parlaq dəriyə sahib olmaq istəyirsinizsə, suyunuzu yanınızdan ayırmayın.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar