“Qırışlara qarşı effektiv qatıq maskası

Qırışlara qarşı effektiv qatıq maskası

Qatıq maskası dərinin üst qatını təmizləyərək dərini nəmləndirir, genişlənmiş məsamələri kiçildir, yumşalmasına kömək edir və təbii parlaqlıq verir. Davamlı şəkildə istifadə etdikdə həm qırışların dərinləşməsinin, həm də yaranmasının qarşısını alır. Xüsusilə quru dərilər üçün idealdır. Dəriniz yağlıdırsa, maskaya 4-5 damcı limon suyu da əlavə edə bilərsiniz.

Maska üçün lazım olan vasitələr:

1 çay qaşığı qatıq,

1 çay qaşığı bal,

Yarım çay qaşığı portağal suyu,

Yarım banan.

Hazırlanması:

Bananı çəngəl ilə əzdikdən sonra digər ərzaqlar ilə qarışdırın. Bu qarışığı barmağınızın ucu ilə masaj edərək bütün üzünüzə çəkin və 15 dəqiqə üzünüzdə saxlayın. İlıq su ilə yuyun və nəmləndirici krem çəkin.

Əgər dəriniz çox qurudursa, bu maskanı həftədə iki dəfə təkrarlaya bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar