“Qış aylarında dərimizə necə qulluq etməliyik?

Qış aylarında dərimizə necə qulluq etməliyik?

Qış aylarında havanın soyuması ilə birlikdə qan dövranı zəifləyir. Tər və yağ bezlərinin aktivliyi azalır. Yəni, dərini qidalandıran yağ azalır, bu da dərinin qurumasına səbəb olur. Quruyan dəri bir müddət sonra həssaslaşaraq çatlamağa, qabıq verməyə başlayır. Elastikliyini itirən dəri vaxtından tez yaşlanır. Bu problemlərlə qarşılaşmamaq üçün qışda dəriyə qulluq vacibdir. 
 
Dərinizi soyuğa qarşı nəmləndirin!
 
Gecə yatmadan əvvəl və səhər oyandıqda işə və ya dərsə getməyə hazırlaşdığınız zaman dərinizi mütləq nəmləndirin. Girəcəyiniz mühit qızdırıcılar və kondisionerlər səbəbi ilə havasız və quru bir mühit ola bilər. Bu halda dərinizin nəm ehtiyacı yaranır. Dərinizi nəmləndirərkən dəri tipinizi nəzərə almağı unutmayın. Dəriniz yağlıdırsa, nəmləndiricinizi yatmadan əvvəl istifadə etməyiniz kifayət edəcək.
 
Dəri təmizliyinə diqqət edin!
 
Soyuq havalarda dəri həssaslaşır. Bu səbəbdən, istifadə edəcəyiniz məhsulları daha diqqətli seçməlisiniz. Təmizləyici məhsulların tərkibini mütləq oxuyun. Spirt tərkibli toniklərdən uzaq olmağa çalışın. Bu tip təmizləyici vasitələr dərinin üzərindəki faydalı təbəqəni yox edir və qaşıntı, qızartı, quruluq kimi problemlərə şərait yaradır.
 
Dərinizi peeling və maska ilə təzələyin!
 
Soyuq havanın təsiri ilə quruyan dəri qabıq verir. Bu halda makiyaj etdikdə isə xoş olmayan görüntü yaranır. Bu səbəbdən, evdə təbii üsullarla peelling edə bilərsiniz. Daha sonra dərinizi zəngin tərkibə malik bir nəmləndirici ilə nəmləndirməyi unutmayın. Bundan başqa, həftədə bir dəfə nəm səviyyəsi yüksək olan maskalar tətbiq edərək dərinizi canlandıra bilərsiniz. Maska seçərkən də dəri tipinizi nəzərə almağı unutmayın.
 
Sağlam dəri üçün düzgün qidalanın!
 
Qışda dərinizi soyuqdan qorumağın ən təsirli üsullarından biri düzgün qidalanmaqdır. Dərinizin ehtiyacı olan vitaminlər, minerallar, antioksidanlar və yağlar var. Həmin tərkibə malik qidaları nizamlı şəkildə istifadə etdiyiniz halda dəriniz sizə öz təşəkkürünü sağlam görünüşü ilə bildirəcək.
Badam, avokado, ıspanaq, meşə meyvələri, qızılbalıq, kök kimi qidalar qış aylarında dərinizi canlandırır. Xüsusilə, Omega-3 tərkibli qızılbalıq sağlam dəri üçün çox faydalıdır. Qidalanmağınızda suyun əhəmiyyətini də unutmayın. Bol miqdarda su içərək dərinizə ehtiyacı olan nəmi verə bilərsiniz.
 
Dərinizi soyuq su ilə yuyun! 
 
Soyuq havalarda isti su ilə üzünüzü, əllərinizi yumaq çox xoş təsir bağışlaya bilər. Amma, isti su dərinizdəki təbii yağın yox olmasına səbəb olur və dərinizin qurumasına şərait yaradır. Dərinizi ilıq, hətda soyuq  su ilə yumağa çalışın. Soyuq su dərinizdəki qan dövranını sürətləndirəcək. Sürətlənən qan dövranı ilə birlikdə dərinizin ehtiyacı olan yağ təbəqəsi yenidən yaranacaq.
 
Qış aylarında əllərinizə diqqət göstərin!
 
Üzünüz qədər əlləriniz də qışda həssaslaşır. Davamlı şəkildə su ilə təmasda olan əllər bir müddət sonra quruyaraq çatlamağa başlayır. Nəmləndirici xüsusiyyətə malik sabunlar əllərinizə yaxşı təsir göstərə bilər. Bundan başqa, hər yuduqdan sonra olmasa belə, gün ərzində bir neçə dəfə əllərinizi nəmləndirici kremlə nəmləndirməlisiniz.
 
Çatlayan dodaqları unutmayın!
 
Soyuqdan ən tez təsirlənən yerlərdən biri də dodaqlarınızdır. Soyuq hava ilə birlikdə dodaqların ətrafı çatlamağa, hətda bir müddət sonra qanamağa başlayır. Dodaqlarınızı gecə yatmadan əvvəl və gün ərzində nəmləndirməyi unutmayın.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar