“Quruyan əllər üçün evdə hazırlanan losyon

Quruyan əllər üçün evdə hazırlanan losyon

Quruyan əllərinizi nəmləndirmək üçün tərkibində kimyəvi maddələr olan satınalma vasitələr yerinə özünüz evdə asanlıqla hazırlayacağınız losyonlardan istifadə edə bilərsiniz. Bunun üçün lazım olanlar aşağıdakılardır:

  • 2 yemək qaşığı bal mumu
  • 4 yemək qaşığı Hindistan qozu yağı
  • 1 yemək qaşığı zeytun yağı
  • limon qabığı, darçın və ya qoxusunu sevdiyiniz bir yağ

Hazırlanması:

Balaca bir şüşə qabın içinə bal mumu və hindistan qozu yağını töküb qarışdırın. Sonra bu qarışığı bal mumu əriyənə kimi mikrodalğalı sobada saxlayın. Sobadan çıxartdıqdan sonra zeytun yağı, rəndələnmiş limon qabığı, darçın və ya başqa iyli uçucu yağlardan bir neçə damcı töküb qarışdırın. Bu qarışığı kub formasında olan silikon qəliblərə töküb soyuducuya yerləşdirin. Bərkiməsi üçün ən az bir saat soyuducuda saxlayın. Sonra bu kubları bir qabın içinə qoyun. İstifadə etmək istədiyiniz zaman həmin kub formasındakı losyonu götürüb nəmləndirmək istədiyiniz yerə sürtün. Qurtardıqdan sonra həmin kubu əriməməsi üçün yenidən qaba yerləşdirin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar