“Sızanaq izləri üçün effektiv maskalar

Sızanaq izləri üçün effektiv maskalar

İnsan fiziologiyasından asılı olaraq bədəndaxili və ya bədənxarici səbəblərlə dərinizdə bəzi problemlər yarana bilər. Bunlardan biri dəri üzərində çıxan sızanaqlardır. Bir xəbərdarlıq mexanizmi şəklində işləyən dərimiz sızanaqları da bəzi hallar üçün xəbərdarlıq şəklində xarici dünyaya göstərə bilər. Bu xəbərdarlıqlardan ən yaxşı məlum olanı yeniyetməlik dövrünü ifadə edənlərdir. Yeniyetməlik dövrü insanların uşaqlıqdan gəncliyə keçid dövrüdür. Bu dövrdə fiziki və ruhi baxımdan insan çox dəyişikliklər keçirməkdədir.

Yeniyetməlik dövründə valideynlərə də vacib vəzifələr düşməkdədir. Çünki sızanaqların böyük bir hissəsi stress və yaşanan psixoloji qarışıqlıqdan yaranmaqdadır.
Sızanaq müalicəsində isə ilk prioritet hər zaman ruh halını sakitləşdirməkdir. Davamında isə müalicə məqsədi ilə həkim məsləhəti ilə birlikdə bitki mənşəli və təbii polimerlər bu müddətdə ən böyük dəstəkçiləriniz olacaqdır.

Sızanaqların yaratdığı ən böyük problem isə ləkələrdir. Ləkələri aradan qaldırmaq üçün bir çox metodlar olsa da, evdə tətbiq edilən metodlar arasında olan təbii metodlardan istifadə etmək daha məqsədə uyğundur.

Soda ilə sızanaq izlərindən qurtulun.

Bir nəlbəkiyə qoyacağınız 1 çay qaşığı soda ilə 2 çay qaşığı suyu qarışdıraraq xəmir halına gətirin. Sonra üzünüzə masaj edərək tətbiq edin və 5 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yaxşıca təmizləyin. Sızanaqların üzərinə vurmayın. Çünki soda sızanaqların yayılmasına səbəb ola bilər.

Quru dərilər üçün müalicəvi bal

Sızanaq izlərindən qurtulmaq istəyirsiniz, ancaq dəriniz quru olduğu üçün bir çox üsul sizin üçün problem yaradırsa, bu üsulu sınaya bilərsiniz. Bal bilindiyi kimi antibakterial xüsusiyyətlərə malik olduğundan və nəmləndiricilik qabiliyyəti olduğundan quru dərilərdə istifadə edilə bilər. Bununla yanaşı parlaq görünməsini də təmin edə biləcək müalicəvi xüsusiyyətə malikdir.

Təbii bal süzülərək əvvəlcə ilıq su ilə yuyulmuş üzə masaj hərəkətləri ilə incə bir təbəqə halında çəkilir və 5 dəqiqə gözlədikdən sonra bol ilıq su ilə yuyulur. Eyni zamanda bal dərinizdəki qırmızı ləkələrin də yoxa çıxmasına kömək edəcəkdir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar