“Sızanaq izlərini necə yox etmək olar?

Sızanaq izlərini necə yox etmək olar?

Əgər dəriniz tünddürsə, sızanaq izləri təxminən 6 ay qala bilər. 6 aydan sonra yavaş-yavaş azalmağa başlayar. Təbii ki, bu müddətdə dərinizi günəşdən qorumalısınız, çünki günəşin zərərli şüaları bu ləkələrin daha da tündləşməsinə səbəb olur. Sızanaq izinin tamamilə keçməsi 1-2 il çəkə bilər.

Amma evdə hazırlaya biləcəyiniz təbii üz maskaları ilə tünd rəngli sızanaq izlərini normal müddətindən daha qısa vaxtda azalda, hətta yox edə bilərsiniz.

Təbii sızanaq izi maskaları eyni zamanda məsamələrin təmizlənməsinə və yağ ifrazının nizamlanmasına kömək edərək, sızanaqların yaranmasını da azaldır. Belə maskalardan biri də portağal maskasıdır. C vitamini sızanaqdan sonra yaranmış ləkə və yaraların yaranmasının qarşısını alır. Dərinizə C vitamini dəstəyi vermək və tərkibindəki təbii turşu ilə dəri rənginizi açmaq üçün portağal maskasından istifadə edə bilərsiniz.

¼ stəkan yeni sıxılmış portağal suyunu qatıqla qarışdırıb, üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Maskanın ağardıcı təsirinin daha güclü olmasını istəsəniz, eyni miqdarda portağal suyunu 1 çay qaşığı sarıkök ilə qarışdırdıqdan sonra üzünüzə çəkin və 20 dəqiqə saxlayın. Maskanı təmizləmək üçün ilıq sudan istifadə etməlisiniz. Maska həftədə 2 dəfə tətbiq edilə bilər.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar