Sən demə sızanaqlar xəstəliyin xəbərçisi imiş. Üzün hansı nahiyəsində çıxan sızanaqların hansı orqanda yaranmış nasazlıqdan qaynaqlandığını bilirsinizmi?
Burun:
Burun nahiyəsində çıxan sızanaqlar ürək ilə əlaqəlidir. Burun və ətrafında çıxan sızanaqlar yüksək təziqin xəbərçisi ola bilər. Enerji içkiləri və duzdan uzaq durun. Meyvə, tərəvəz yeməyə diqqət göstərin.
Çənə:
Çənədə çıxan sızanaqlar bağırsaqla əlaqəlidir. Süddən və yağlı qidalardan uzaq durun.
Ağız ətrafı:
Ağız və dişlərlə əlaqəlidir. Davamlı olaraq dişlərinizi fırçalayın və tez tez ağzınızı yaxalayın. Şirin qidalardan uzaq durun.
Alın, burun və çənə (üzdəki T nahiyəsi):
Qaraciyərlə əlaqəlidir. Spirtli içkilərdən uzaq durmağa çalışın.
Alın:
İmmunitet zəifliyi və susuzluqdan yaranır. Gündəlik olaraq çoxlu su için, kafein və qazlı suları içməməyə çalışın.
Gözətrafı və qulaq nahiyəsi:
Bu nahiyələrdə çıxan sızanaqlar böyrəklərlə əlaqəlidir. Duzlu yeməklərdən uzaq durun və bolluca su için.
Dodağüstü:
Ağciyərlə əlaqəlidir. Təmiz havada gəzin.