Tarix boyu antibakteriyal kimi istifadə olunan sarımsaq sızanaqların müalicəsində də həddən artıq təsirli vasitəsir.
Antibakteriyal olaraq istifadə olunan sarımsağın hal-hazırda sızanaqlara qarşı müalicə üsulu olduğu da ortaya çıxıb. Sızanaq və ləkələrin ümumi olaraq məsamələrdə gizlənən bakteriyalar səbəbilə yaranmış olduğunu düşünsək, sızanaqların yaranmaması üçün sarımsaqdan istifadə etmək olar.
İstifadə qaydası:
1. Üsul: 2-3 diş sarımsağı əzdikdən sonra 2 xörək qaşığı qədər su əlavə edib, qarışdırın və bədəninizdəki sızanaqlara həmin su ilə masaj edin. Sarımsaqlı suyu sürtməzdən əvvəl sızanaq olan nahiyələri iliq su ilə yumalısınız ki, məsamələr açılsın və beləliklə sarımsaqlı su öz təsirini göstərə bilsin. Sarımsaqlı su ilə masaj etdikdən 5 dəqiqə sonra yenə iliq su ilə yuyun.
2. Üsul: 2-3 diş sarımsağı suyu çıxana qədər əzin və əzdikdən sonra 1 xörək qaşığı sirkə əlavə edin. Bu qarışığı pambıq vasitəsi ilə sızanaqlarınıza sürtün və 5 dəqiqə ərzində qurumasını gözləyin. Daha sonra iliq su ilə yuyun.