Uşaq pudrasının üzə faydaları nələrdir?
- Uşaq pudrasını kirpiklərinizə tətbiq etdikdən sonra kirpikləriniz daha həcmli görüntüyə sahib olacaq.
- Tərləmə problemi yaşayan insanlarda dərinin daha mat hala gəlməsini təmin edir.
- Dərinizi quru saxlayar və yağlanıb, parıldamasının qarşısını alar.
- Sızanaq yaranmasının da qarşısını alan uşaq pudrası, var olan sızanaqları da qurutmaq xüsusiyyətinə sahibdir.
- Həftədə 2 gün ləkələrin üzərinə tətbiq etdiyiniz zaman ləkələri xeyli azaldar.
- Dərinizin hamar və yumşaq bir hal almasını təmin edər.
Uşaq pudrası ilə dəriyə qulluq maskası:
- 1.5 çay qaşığı gül suyu
- 1 çay qaşığı uşaq pudrası
Uşaq pudrası və gül suyunu bir qabda qarışdırın. Alınan qarışığı üzünüzdə problem olan hissələrə çəkin. 2 saat saxladıqdan sonra su ilə təmizləyin. Bu maska sızanaqlara qarşı da təsirlidir.
Hamar dəriyə sahib olmaq üçün uşaq pudrası maskası:
- 2 yemək qaşığı su
- 1.5 çay qaşığı uşaq pudrası
Uşaq pudrası və suyu bir qabda qarışdırın. Krem halını alan qarışığı üzünüzə çəkin. 5 dəqiqə saxladıqdan sonra bol su ilə təmizləyin. Maskanı tətbiq etdikdən sonra dəriniz daha hamar və yumşaq olacaqdır.