“Üz yuyarkən edilən səhvlər!

Üz yuyarkən edilən səhvlər!

Üzü yumaq dəriyə qulluq üçün ən sadə addım kimi görünsə də,edilən səhvlər bir müddət sonra problem halını ala bilər. Dərimizi təmiz saxlamaq sızanaq və qara nöqtələrə qarşı apardığımız mübarizədə ən vacib cəbhədir. Bəs üzümüzü yuyarkən etdiyimiz səhvlər hansılardır?
 
- Tez-tez yumaq
 
Üzünüzü nə qədər çox yusanız, o qədər təmiz olacağını düşünürsünüzsə, yanılırsınız. Səhər və axşam olmaqla gün ərzində 2 dəfə yumaq üz üçün ideal olandır. 
 
- Üzü uzun müddət ovaraq yumaq
 
Üzünüzün təmizlənməsi üçün lazım olan vaxt 20 - 30 saniyə arasıdır. Daha çox yumaq dərinizə zərər verə bilər. Çox yuduğunuzda dərinizin qızardığının şahidi ola bilərsiniz. İlıq su ilə dairəvi hərəkətlər tətbiq edərək 15 saniyəlik təmizlik dəriniz üçün ideal olandır.
 
- Eyni dəsmalı dəfələrlə istifadə etmək
 
Eyni dəsmalı dəfələrlə istifadə etmək üzünüzdə daha çox bakteriya yaranmasına səbəb olur. Yaxşı olar ki, kağız dəsmallardan istifadə edəsiniz.
 
- Makiyaj təmizləyici salfetlərdən istifadə etmək
 
Mütəxəssislər təmizləyici salfetlərin üzümüzü təmizləməyə kifayət etmədiyini deyir. Xüsusilə, gün ərzində üzdə makiyaj qalıbsa... Bu salfetlərlə makiyajınızı təmizlədikdən sonra dəridə qalan qalıq və yağları təmizləmək üçün dərinizi təmizləyici vasitə ilə durulayın.
 
- Üzü çox isti su ilə yumaq
 
İsti su damarların genişlənməsinə və həssas toxumaların zədələnməsinə səbəb olur. Beləliklə, dəri daha tez quruyur.
 
- Səhər üzünüzü yumağı unutmaq
 
Səhər nəmli və tər-təmiz bir dəri ilə oyandığınız üçün üzünüzü yumaq ehtiyacı hiss etməyə bilərsiniz, amma yastığınızdakı mikrobların siz yatdığınız zaman üzünüzə yoluxa biləcəyini bilirsinizmi? Bu səbəbdən hər səhər üzünüzü yumağı unutmayın.
 
- Yatmazdan əvvəl üzünüzü yumağı unutmaq
 
Gündəlik həyatımızda çirkli havaya məruz qalırıq və beləliklə havadakı kir üzümüzə yapışır. Əgər gecə yatmazdan əvvəl üzümüzü təmizləməsək, həmin kir dərimizdə iltihablanmaya səbəb olar və sızanaq yarana bilər.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar