Yaşlanmağın əlamətləri ilk olaraq dərimizdə nəzərə çarpmağa başlayır. Göz ətrafında qırışlar meydana çıxır, kiçik cizgilər daha da nəzərəçarpan olur. Düzgün kosmetoloji üsullarla bu təsirləri azalda, yaşlanmanı gecikdirə bilərsiniz.
Qırışıqlıq nədir və necə yaranır?
Qırışlar dərimizdə vaxt keçdikcə yaranan qıvrımlar və çuxurlardır. Yaşlanmağa başladıqca ortaya çıxan qırışıqlıqlar əvvəlcə təkrarlanan üz ifadələrinin nəticəsində yaranırlar. İlk qırışların yaranma vaxtına günəş yanığı, siqaret, dehidrasiya, genetik faktorlar, bəzi dərmanlar və bunun kimi bir çox faktorlar təsir edirlər. Ancaq qırışlar təbii yaşlanma prosesinin bir hissəsidir. Yaşımız artdıqca dərimiz quruyur, nazikləşir və daha az elastik olur. Dərimiz yaşlandıqca dəyən ziyanlardan özünü qorumaq qabiliyyəti də azalır. Bütün bunların nəticəsində dərimizdə qırışlar meydana çıxmağa başlayır.