Asanlıqla hazırlaya biləcəyiniz çay maskaları ölü dəriləri təmizləməklə yanaşı, dərinin yenilənməsinə və ləklərin təmizlənməsinə də kömək edir.
Qara çay ilə peeling
Dərinizi ölü dərilərdən təmizləmək və sağlam bir dəriyə sahib ola bilmək üçün edə biləcəyiniz ən gözəl şeylərdən biri peelingdir. Peeling etmək çox asandır və bunun üçün gözəllik mərkəzlərinə getməyinizə ehtiyac yoxdur.
Qara çay ilə peeling üçün əvvəlcə 1 yemək qaşığı qara çayın üzərinə bir az qaynar su əlavə edərək 5 dəqiqə dəmlənməsi üçün gözləyin. Sonra suyunu süzərək içərisinə 1 yemək qaşığı bal və 2 - 3 damcı limon suyu əlavə edib, qarışdırın. Alınan maskanı üzünüzə tətbiq edin və 5 - 8 dəqiqə gözləyin. Maskanı ilıq su ilə təmizləyin. Bu maska ilə dərinizdəki ton fərqlilikləri yox olacaq, ləkəsiz və hamar bir dəriyə sahib olacaqsınız.
Qara çay ilə göz maskası
Hər birimiz bəzən yorucu bir gün keçirib, sonra da yuxusuz qala bilirik. Bu halda gözlərimizin şişməsi qaçınılmazdır. Əgər siz də belə bir gün keçirmisinizsə, birdəfəlik çay paketi maskasından istifadə edə bilərsiniz. Bunun üçün lazım olan yalnız 2 ədəd birdəfəlik çay paketidir. Bir qab içərisindəki qaynar suya 2 ədəd çay paketini atın və dəmlənməsi üçün gözləyin. Çay dəmləndikdən sonra suyunu süzün və bu suyu soyuducuya qoyun. Biraz soyuduqdan sonra hər səhər iki ədəd pambığı bu suya batıraraq gözlərinizdə 15 dəqiqə saxlayın. Bu şəkildə göz ətrafınızdakı qaralma və şişkinliklərdən azad ola bilər, gözlərinizdəki yorğunluq və ağrını azalda bilərsiniz.
Qara çay ilə maska
Qara çayın tərkibində olan B5 vitamini, C və E vitamini, maqnezium, kalium, sink və kofein sayəsində ağardıcı təsirə malikdir. Əgər siz də dərinizin solğun və mat olmasından narahat olursunuzsa, evdə hazırlaya biləcəyiniz bu maska ilə daha parlaq və sağlam dəriyə sahib ola bilərsiniz. Bunun üçün 1 çay qaşığı qara çay, 1 çay qaşığı bal və 3 yemək qaşığı qatığı bir qab içərisində qarışdırıb, üzünüzə çəkin. 15 - 20 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun və fərqin şahidi olun!