Yaşlanmaqdan artıq qorxmayın, çünki illərin izini silmək artıq mümkündür. Leydi.az sizlər üçün içdən çölə doğru yeniləyici maska axtardı və həmin maskanı sizlərə təqdim edirik. Artıq sağlam və gənc görünmək xəyal deyil. Bir neçə üsulla gənc görünə bilərsiniz. Gənc görünmək istəyirsinizsə, qidalanmağınıza diqqət etməlisiniz.
Sağlam qidalanmaq
Balqabaq, pomidor, kərəvizi süfrənizdən əksik etməyin, hər yeməkdə protein mütləq yeyin, meyvənin suyunu içmək yerinə, meyvənin özünü yeyin. Yemək yeyərkən, televizora baxanda, işləyəndə, bir sözlə hər an qarnınızı içəri çəkib dik durmağa çalışın. Siz hiss etməsəniz də bu üsulla əzələləriniz işləyəcək.
Üzü içdən çölə yeniləyən maska
1 ədəd yaxşı yetişmiş avokado
50 qram yulaf
2 xörək qaşığı bal
Bütün tərkibi qarışdırın, üzünüzdə 10-15 dəqiqə saxladıqdan sonra yuyun. Avokado və bal dərinizi nəmləndirəcək, yulaf da peeling edəcək.