“Üzümüzə maska edərkən nələrə diqqət etməliyik?

Üzümüzə maska edərkən nələrə diqqət etməliyik?

Üz maskası tətbiq edərkən əvvəla tək qala biləcəyiniz bir yer seçin. Əgər bitki mənşəli üsullar ilə maskalar hazırlayacaqsınızsa, seçəcəyiniz təbii məhsulların ən yaxşı şəkildə yuyulmasına diqqət edin. Bu gigiyena baxımından vacibdir. Əgər həssas dəri tipinə sahibsinizsə, maska istifadəsindən öncə maskanı dərinizin üzərində test etməlisiniz. Maskanı əvvəlcə qulağınızın arxa hissəsinə vuraraq 30 dəqiqə gözləyin. Bundan sonra dərinizdə yanma, ya da qaşınma kimi bir problem yoxdursa, maskanı rahatlıqla istifadə edə bilərsiniz.

Maskadan istifadə etməzdən qabaq dəriyə 5 dəqiqə ərzində su buxarı edilməlidir. Su buxarı vannası məsamələrin açılmasına kömək edəcəkdir. Maskanı hazırlayarkən əllərinizin təmiz olmasına diqqət edin. Təbii məhsullardan hazırlanan maskalar çox duru olacağından bir neçə dəqiqə gözlətmək yaxşı olar. Həmçinin istifadə edəcəyiniz maskanın 15-20 dəqiqə ərzində dəridə qalması vacibdir. Maskanın gözlərə təmas etməməsi yaxşı olar.

Maskanı üzünüzdən təmizləyərkən gözə dəyməməsi və diqqətli təmizlənməsinə diqqət edin. Çox qatı olan maskaları əvvəlcə ilıq, daha sonra soyuq su ilə yumalısınız. Maska həftədə bir dəfə istifadə olunmalıdır. Maskadan istifadə etməzdən əvvəl dərinizi yaxşıca təmizləməlisiniz. Bu üz maskasından doğru nəticə almaq üçün çox vacibdir. Əgər maskanızı təbii məhsullardan hazırlamısınızsa, onu çox gözlətmədən, təzə-təzə istifadə etsəniz, yaxşı olar. Maskanı tətbiq edərkən üzünüzə masaj edə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar