“Yatmazdan əvvəl dəriyə qulluq necə olmalıdır?

Yatmazdan əvvəl dəriyə qulluq necə olmalıdır?

Günün sonunda dəri  xarici amillər səbəbiylə yorulur və qulluq ehtiyacı yaranır. Yuxu müddətində yenilənən sağlam bir dəri üçün yatmadan əvvəl dəriyə qulluq çox əhəmiyyətlidir.

Yatzmadan əvvəl dəriyə qulluq necə olmalıdır?

Dəridəki hüceyrələr yuxu zamanı yenilənir, dərinin daha parlaq və hamar olmasına kömək edir.  Yatzmadan əvvəl  dəriyə qulluq etdikdə hüceyrələrin yenilənməsi sürətlənir.

- Yuxudan əvvəl dəriyə qulluq üçün əvvəlcə makiyajınızı təmizləməlisiniz. Bütün gün dəridə qalan makiyaj məsamələri bağlayır və dərinizin nəfəs almasının qarşısını alır.

- Makiyajınızı təmizlədikdən sonra üzünüzü təmizləyici gel ilə yuyun. Çünki  qulluq məhsulları təmiz dəridə daha müsbət təsir göstərir.

- Üzünüzü yuduqdan sonra mütləq nəmləndirici istifadə edin.

- Dəri bütün gün günəşdən, havadan və küləkdən təsirlənir, zədə alır. Bu zədələri azaltmaq, dərinizi vitamin və minerallar ilə qidalandırmaq üçün, dəri serumlarından istifadə edə bilərsiniz. Keyfiyyətli tərkibə malik serumlar qırış və ləkələrin yaranmasının da qarşısını alacaq.

- Dərinizə tətbiq etdiyiniz məhsulları göz ətrafınıza tətbiq etməməlisiniz.  Çünki, göz ətrafı daha həssas və incə bir quruluşa malikdir. Göz ətrafı üçün xüsusi qulluq kremləri istifadə etməlisiniz. Beləliklə, göz ətrafınızda yaranan quruluğu aradan qaldıraraq daha gec qırışmasını əldə etmiş olacaqsınız.

- Üzünüzə qulluq etdikdən sonra əllərinizi də nəmləndirməyi unutmayın.  Beləliklə, əllərinizin yumuşaq və baxımlı olması ilə yanaşı, dırnaqlarınız da daha möhkəm olacaq.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar