“Yulafın dəriyə faydaları

Yulafın dəriyə faydaları

Bədən üçün ən qidalandırıcı qida məhsullarından biri olan yulaf dərinin də hər dərdinə dəvadır. Dəriyə qulluq zamanı mütləq istifadə edəcəyiniz məhsullar arasında yer ayırmalı olduğunuz yulafın faydalarını araşdırdıq.

Doyurucu və sağlam bir səhər yeməyi üçün bir kasa yulafı süfrəmizdən əskik etmirik. Amma bir kasa yulafın verdiyi fayda sadəcə bədənimizlə məhdudlaşmır. Mütəxəssislər onun gözəllik üçün də faydalı olduğu qənaətinə gəliblər.

Yulaf dəriyə dost olan vitaminlərlə olduqca zəngindir. Sink, qalay, selen, B1 və B3 vitamini kimi vitaminlər onun tərkibində mövcuddur. Yulaf həmçinin sızanaqlarla da mübarizə aparır, iltihab və həssaslığı azaldır. Pilinqdən təbii maskalara qədər bütün şəxsi qulluq məhsullarını yulaf ilə hazırlamaq mümkündür.

Üzə qulluq rejiminizdə yaratdığı möhtəşəm nəticələri gördükdən sonra mətbəxinizdən əlavə vanna otağınızda da bir qutu yulaf saxlamaq istəyəcəksiniz.

İndi isə keçək yulafdan hazırlaya biləcəyiniz faydalı maskalara.

Sızanaqları nəzarətdə saxlayın.

1 stəkan sadə yulafı yarım stəkan suda bişirərək bir üz maskası hazırlayın. Yulaf soyuduqdan sonra üzə çəkin və 15 dəqiqə saxladıqdan sonra təmizləyin. Dərinizdəki artıq yağı və bakteriyanı özünə çəkərək sızanaqlarla mübarizədə sizə kömək olacaq.

Dərinizi təmizləyin.

Təbii təmizləyici xüsusiyyəti olan saponin maddəsi sayəsində yulaf dərinizdəki yağı və kiri məsamələrdən təmizləyir. Bir stəkan yulafı suda bir neçə saat gözlədərək sadə, amma faydalı yulaf südü hazırlaya bilərsiniz. Yulaf dənələrini süzgəcdən keçirdikdən sonra bu südü gecə yatmazdan qabaq üzünüzə çəkin və yeni günə tər-təmiz, nəmli bir dəri ilə başlayın.

Ölü dərilərdən qurtulun.

Yulafın sərt, amma dərinizə ziyan verməyəcək dərəcədə incə quruluşu var. Bu da pilinq üçün ideal bir quruluşa sahib olduğunu göstərir. ¼ stəkan bişməmiş yulafı 2 yemək qaşığı ilıq su ilə qarışdıraraq üz və bədən pilinqiniz üçün istifadə edə bilərsiniz. Dərinizə yüngülcə masaj edin və təmizləyin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar