“Qadına qarşı şiddət və onun növləri -  Şiddətə məruz qalan qadınlar nə etməlidir?

Qadına qarşı şiddət və onun növləri - Şiddətə məruz qalan qadınlar nə etməlidir?

Dünyada hər üç qadından biri şiddətə məruz qalır, bu rəqəm dəhşətli dərəcə çoxdur. Bu şiddət isə hər yerdə gerçəkləşə bilir. Ən böyük problem isə şiddətin heç bir cəza almadan normallaşdırılmasıdır.
Dünya Şiddət və Sağlamlıq məlumatına görə gücün və qüvvətin təhdid yolu ilə zərər vermək niyyəti ilə istifadə edilməsidir. Qadına yönələn şiddət isə cinsiyyət fərqinə görə ev içində və ya çölündə qadına tətbiq edilən gücdür. Qadına qarşı şiddət deyilən zaman sadəcə fiziki güc başa düşülməməlidir. Şiddətin müxtəlif növləri var və günümüzdə milyonlarla qadın bu şiddətlərə məruz qalır, təəssüf ki.

Fiziki şiddət
Fiziki gücün göstərildiyi, yumruq, sillə vurmaq, qışqırmaq, dişləmək kimi fiziki təmas və ya yumruqla təhdid etmək, qapını təpikləmək, əşya qırmaq kimi fiziki üstünlüyün göstərildiyi şiddət növüdür.

Söz şiddəti
İynələyici sözlərin, özünüzü pis hiss etdirən və özgüvəninizi yıxmaq məqsədi ilə qurulan cümlələrin və ya hərəkətlərin olduğu, fiziki təmas olmadan sizə hücumudur. Söz şiddəti bir çox hallarda normallaşdırılır, bunun səbəbi isə qarşınızdakı insanın xasiyyətinin elə olduğunu düşünməyinizdir. Söz şiddətinə məruz qalan qadınlar qarşı tərəfə günahkarlıq, güvənsizlik hissi duyarlar hansı ki, gündəlik həyatlarına da ciddi təsir edir. Bu səbəblə, münasibətlərdə söz şiddətindən xəbərdar olmaq çox önəmlidir.

Cinsi şiddət
Qadını idarə altında almaq, aşağılamaq məqsədi ilə qadının istəmədiyi halda və ya zamanlarda məruz qaldığı cinsi şiddətdir. Ən çox qarşılaşılan şiddət növü olmasına baxmayaraq bir çox qadın tərəfindən tabu olaraq görülərək gizlədilir. Bununla yanaşı evliliyin və qadın olmağın missiyası olaraq bilindiyi üçün heç bir etiraz və şikayət edilmir.

Maddi şiddət
Maddi güc və üstünlüyün olması səbəbi ilə qadının işləməsinə, diplom almasına və öz qazancını əldə etməsinə mane olmaq, qadının üzərinə borc yükləmək və ya olduqca az bir pul ilə günlük həyatını özündən asılı hala salmaq maddi şiddət növünə aiddir.

Digital şiddət
Müasir dövrün ən çox yayılmış şiddətidir. Qadının telefonu ilə şəklinin çəkilməsinə məcbur edib sonra isə həmin şəkillə qadını təhdid etmək, sosial şəbəkələrdə qadını aşağılamaq digital şiddətə aiddir.

Psixoloji şiddət
Psixoloji şiddəti görmək elə də asan deyil. Qadını sıxışdırmaq, özgüvənini sarsmaq, qısqanclıq, xarici görünüşünə lağ etmək, fiziki xüsusiyyətlərini aşağılamaq, həyatını idarə altına almaq və məhdudlaşdırmaq, şayələr yaymaq və qadını kişidən asılı hala gətirmək, möhtaclıq hissi yaratmaq və s. psixoloji şiddət növünə aiddir. Psixoloji şiddət çox ağır və uzun müddətli yaralar aça bilər.

Şiddətin nəticələri
King College 1958-ci ildə şiddətə məruz qalan uşaqlar üzərində apardığı araşdırmalarda müəyyən olub ki, 40 il keçməsinə baxmayaraq şiddətin təsiri hələ də qalır. Bu uşaqlar 50 yaşına gəldiklərində də uşaqlıqlarında məruz qaldıqları şiddət səbəbi ilə psixoloji və zehni xüsusiyyətlərinin aşağı olduğu, depressiya və intihar düşüncəsində olduqları müəyyən olunmuşdur.
Şiddətin ilk psixoloji təsirlərinə baxsaq, stress pozulması, ümumi olaraq isə güvənsizlik, içinə qapanma, dəhşətə qapılma, hadisələri anlamada çətinlik və çarəsizlik, irkilmə, fiziki hüzursuzluq kimi problemlərə gətirib çıxarır.

Şiddətə qarşı nə etmək lazımdır?
Statistikalar göstərir ki, normal evliliklərin 50%-i boşanma ilə nəticələnərkən, şiddətə məruz qalan qadınların sadəcə 38%-i evliliyini bitirir. Təəssüflər olsun ki, qorxu, təcrid, utanc, günahı üstünə almaq, uşaq, cəmiyyət və maddi problemlər səbəbi ilə şiddətə məruz qalan qadınlar boşanma haqqında düşünmürlər. Bu həm fiziki, həm də ruhi bir çox problemi özü ilə gətirir.

Şiddətə məruz qalan zaman etməli?
- Əsla utanmayın və səssiz qalmayın
- Şiddət zamanə kəsici alətlərin olduğu yerdən uzaqlaşın
- Ən yaxın polis bölməsinə müraciət edin
- Şiddət göstərən insanı mütləq şikayət edin
- Fiziki şiddətdən sonra gələn yaxşı davranışlara aldanmayın, yoxsa bu həmişə təkrarlanacaqdır.

Şiddətə məruz qalan qadınlar özlərini necə qoruya bilər?
Şiddət görən zaman mətbəx, hamam kimi qapalı yerlərə deyil, mümkün oldiğu qədər çıxış qapısına yaxınlaşmağa çalışın. Əgər həyat yoldaşınızdan şiddət gələcəyini hiss edirsinizsə, əvvəlcədən onun bilmədiyi bir ünvana paltar, ayaqqabı və bir az da pul hazır qoyun. Uşağınız varsa, onun da əşyalarını və paltarlarını, şəxsiyyət vəsiqəsini eyni yerə aparın. Qadın sığınacaqlarına müraciət edin və nömrələrini əzbərləyin.
Şiddət barəsində cəmiyyətimiz də səssiz qalmamalıdır!

Boşanmanın şərtləri və qaydaları


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!