“Cəfəri çayı

Cəfəri çayı

Arıqlamada böyük effekti olan cəfəri çayı limonla qarışdırıldıqda möhtəşəm dad ortaya çıxır. Mineral və vitamin tərkibi saymaqla bitməz. Hər fəsildə yetişən cəfərinin çayı hazırlanaraq arıqlama məqsədilə istifadə oluna bilər. Şişkinliyin çəkilməsində, qaraciyərin təmizlənməsində, ifrazat sistemindəki iltihabların yaxşılaşmasında istifadə edilə bilər


TƏRKİBİ
1 st su
2-3 sap cəfəri
Limon/Bal


HAZIRLANMASI
Suya cəfərini əlavə edirik
5 dəqiqə qaynadırıq
Qaynadıqdan sonra 2-3 dəqiqə dəm almağını gözləyirik
Üzərinə bir neçə damcı limon və ya bal əlavə edirik
Acı dadını azaltmaq üçün dəmləmə müddətinin 3 dəqiqə olması məsləhət görülür.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!