“Çox yedikdən sonra mədənizi rahatlaşdıran 3 soyuq çay resepti!

Çox yedikdən sonra mədənizi rahatlaşdıran 3 soyuq çay resepti!

Mədəni rahatlaşdıran içkilər arasında ən məşhuru çaydır. Hər zaman isti içilən çayı, gəlin bu dəfə soyuq sınayaq!
 
Zəncəfil çayı

Zəncəfil qışda boğaz ağrılarımıza, təsir etdiyi kimi mədəmizə də olduqca faydalıdır. İstəsəniz, isti də içə bilərsiniz, amma bu dəfə soyuq və limonlu halına üstünlük verməyinizi tövsiyə edirik.

• 4-6 dilim zəncəfil

• 1.5-2 stəkan su

• 1-2 yemək qarşığı bal

• Yarım limon suyu

Zəncəfili suda qaynadıb, soyudun. Sonra zəncəfil dilimlərini içindən götürüb, bal və limon əlavə edib yaxşıca qarışdırın. İstəyə uyğun olaraq buz ilə də servis edə bilərsiniz.

Soyuq razyana çayı

Uşaqların qaz problemlərinə kömək edir, eyni zamanda çox yedikdən sonra mədəniz narahat olarsa, bu çaydan böyüklər də istifadə edə bilər.

• 4 stəkan su

• 1/4 stəkan bal

• 4 paket portağal çayı

• Bir limonun qabığı

• ¼ stəkan limon suyu

Suyu qaynatdıqdan sonra içinə razyana, çay paketləri və limon qabığını atıb 5-10 dəqiqə yenə qaynadın. Ocaqdan alın və soyumağını gözləyin. İlıq olan qarışığa balı əlavə etdikdən sonra soyudun. Daha sonra qarışığı süzün və limon suyu ilə birləşdirib təzə zəncəfil rəndələyib, servis edin.

Soyuq nanə çayı

Təzə nanələrin mövsümü zamanı vaz keçilməz bir içki növü ola bilər sizin üçün!

• ¼ stəkan bal

• 8 paket nanə çayı

• 1 limon

• Təzə nanə

7 stəkan qaynar suyu bir qaba tökün və çayları içinə əlavə edib 5-6 dəqiqə dəmləyin. Çay paketlərini içindən götürüb, balı əlavə edin. Bal tamamilə qarışdıqdan sonra 2,5 stəkan soyuq su əlavə edin. Limonu incə-incə dilimləyin. Nanə yarpaqlarını hazırlayın və bütün ərzaqları buz dolu qrafinə töküb qarışdırın. Nuş olsun!

 Sürətlə yemək yeməyin zərərləri 



Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!