“Qreyfurt çayı

Qreyfurt çayı

Xərçəngə qarşı ən effektiv qidalardan biri olan qreyfurt çayı hər fəsildə içilə bilər. Diş əti problemlərini müalicə etmə xüsusiyyəti, immunitetə yaxşı təsir göstərən zəngin mineral və vitamin tərkibiylə olduqca xeyirli meyvədir. Vətəni Çin və Hindistan olan qreyfurt hal hazırda Amerikada yetişdirilir. C, D və B2 vitaminləriylə zəngindir.


TƏRKİBİ:
5-6 qreyfurt
1 çubuq darçın
2 xörək qaşığı bal
Su


HAZIRLANMASI:
Qreyfurtları tərtəmiz yuyuruq və ikiyə bölürük
Meyvə sıxan ilə suyunu çıxarırıq
Əldə edilən qreyfurt suyunu dəmə qoyuruq
Üzərinə çubuq darçını, balı və suyu əlavə edirik
8-10 dəqiqə qaynadırıq

 Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!