“Asan sezar salatı

Asan sezar salatı

Ərzaqlar

500 q toyuğun döş əti
100 q pendir
2 ədəd kahı
1/2 (yarım) çörək
1 diş sarımsaq
3 x.q zeytun yağı
Duz
İstiot
Sosu üçün
2 yumurta sarısı
5 x.q zeytun yağı
3 x.q limon suyu
2 diş sarımsaq
1 ç.q xardal
Duz
Hazırlanması:
Çörəyi kiçik kublar şəklində doğrayırıq. Sarımsağı əzib yağa töküb qarışdırırıq. Sonra bu qarışığı çörəyin üzərində töküb yenə qarışdırırıq. Soba qabına kalka kağızı sərib 180 dərəcə qızmış sobada 20 dəqiqə qızardırıq. Daha sonra toyuğun döş ətini təmizləyib, yuyub duz və istiot vururuq. Qızmış tavaya yağı töküb döş ətini qızardırıq. Sosu üçün ərzaqları qaba töküb qarışdırırıq. Kahını yuyub təmizləyirik. Suyu çəkildikdən sonra kiçik hissələrə bölüb qaba yığırıq. Toyuğun döş ətini də hissələrə ayırıb çörəklə birlikdə kahının üstünə yığırıq. Pomidoru da ikiyə bölüb üzərinə qoyuruq. Sosu əlavə etdikdən sonra isə pendiri rəndələyib servis edirik. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!