“Mimoza salatı necə hazırlanır?

Mimoza salatı necə hazırlanır?

Qarşıdan bayramlar gəlir, süfrələri bəzəmək üçün ən ləzzətli yeməkləri seçib bişiririk. Ona görə də bu gün məqaləmizdə, çox sevilən mimoza salatının reseptini yazdıq!

Ərzaqlar

450 qram dərisiz və sümüksüz toyuğun döş əti

1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1/2 stəkan xırda doğranmış qoz ləpəsi

3 ədəd orta boy kartof

2 ədəd yumurta

3 ədəd orta boy yerkökü

zövqə görə duz

6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar)

6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

rəndələnmiş Holland pendiri

Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıçaqla uzunsov doğrayın və ya əlinizlə didin. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

Toyuq ətinin yarısı
Xama-mayonez qarışığı
Qozun yarısı
Kartofun yarısı
Duz
Xama-mayonez qarışığı
Yumurtaların yarısı
Duz
Yerkökünün yarısı
Xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə nar dənələri qoymaq olar). Nuş olsun!
Yemək reseptləri


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!