Tərkibi:
- 1 kasa yaşıl zeytun
- 4 ədəd pomidor
- 2 ədəd acı bibər
- 1 diş əzilmiş sarımsaq
- 1 çay qaşığı sumaq
- 1 yemək qaşığı nar turşusu
- 3 yemək qaşığı zeytun yağı, duz
Hazırlanması:
- Zeytunların tumlarını ayırıb hazırlayacağımız qabın içinə qoyuruq.
- Pomidorların qabıqlarını soyub kiçik-kiçik doğrayırıq.
- Bibəri və cəfərini doğrayırıq.
- Sumaq, nar turşusu, duz, zeytun yağı əlavə edib servis edirik.
- Sarımsaq sevirsinizsə istəyə görə əlavə edə bilərsiniz.
Nuş olsun.
Buradan android tətbiqimizi endirə bilərsiniz.