“Sərinləşdirici yay salatı

Sərinləşdirici yay salatı

İsti yay günlərində həm hazırlanması rahat, həm ləzzətli, həm də sərinləşdirici bir şeylər hazırlamaq istəyirsinizsə, bu resept tam sizə görədir! 

Ərzaqlar

  • 1 stəkan qarğıdalı
  • 1 diş sarımsaq
  • 1 dəstə pərpərən (pərpətöyün)
  • 2 ədəd xiyar
  • 2 stəkan qatıq
  • 2 yemək qaşığı duru yağ
  • Yarım dəstə şüyüt
  • Duz

Hazırlanması

İsti yay günlərində sizi sərinlədən ləziz salat

  1. Qatığı, sarımsağı və duru yağı bir qabın içində yaxşıca qarışdırırıq.
  2. Qarğıdalını yuyub doğdadığımız xiyar dilimlərini, pərpərən və şüyüdü əlavə edib qarışdırdıqdan sonra servis edirik.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!