1. Gözlərinizi yumub bir çöllük xəyal edin. Sadə bir görünüşü olsun. Səma, qumlar və siz. İndi o çölün ortasında bir kub tapdınız. Nəyə bənzəyir? Böyüklüyü, rəngi, xüsusiyyətləri…
2. İndi isə bir at düşünün, o çöllüyün ortasında olsun. Kub kimi onun da xüsusiyyətlərini yazın.
3. Son olaraq çöldə bir nərdivan tapdınız. Necə bir nərdivan olduğunu yazın.
İndi isə cavabları oxuyun.
Kub:
Böyük, sərt və qara bir kub sizin necə görünmək istədiyinizi göstərir. Bu kub sizin başqalarının yanında lider rolu oynamaq istədiyinizi ifadə edir. Görkəmli rəngi sizin güclü və bacarıqlı olmaq istəyinizi bildirir.
Şəffaf bir kub gördünüzsə, bu, insanların görünüşünüzdən əlavə əsl sizi görməsini istəməyinizdən qaynaqlanır.
Kiçik bir kub özünüzü tək hiss etdiyinizi bildirir. Sizə yaxın olan insanların ətrafınızda olmasını istəyirsiniz.
At:
Qəhvəyi at daim sizin yanınızda olan bir həyat yoldaşınızın olmasını istədiyinizi bildirir.
Qara at təhlükə və romantikanı göstərir.
Ağ at sakit və xoşbəxt bir evlilik istədiyiniz mənasına gəlir.
Nərdivan:
Köhnə bir nərdivan işinizdə xoşbəxt olmadığınızı göstərir.
Yeni və taxta bir nərdivan işinizdə xoşbəxt olduğunuzu bildirir. İşinizi və iş yoldaşlarınızı sevirsiniz.
Nərdivanı çox təzə görməyiniz səhv etməkdən qorxduğunuzu bildirir.
Dəmir nərdivan isə istəyinizin daha güclü vəzifə olduğunu, irəliləmək istədiyinizi bildirir.