İngiltərədə aparılan tədqiqatlar nəticəsində ortaya çıxıb ki, qəhvə seçimi insanın xasiyyətindən irəli gəlir. Əziz xanımlar, sizlər də məqaləmiz sayəsində getdiyiniz məkanlarda seçdiyiniz qəhvə növünə görə xasiyyətinizi öyrənə bilərsiniz.
Sadə qəhvə
Əsasən sadə qəhvə içməyə üstünlük verirsinizsə, təmizkar və sadə yaşayış tərziniz var deməkdir. Ancaq dəyişikliklərə ani və sərt reaksiya verirsiniz, yəni başqa bir deyiş ilə desək, dəyişiklikləri xoşlamırsınız, ümumiyyətlə sadiq insansınız.
Klassik Latte: Südlü və şəkərli
Tədqiqatçılara görə Latte içməyə üstünlük verənlər rahatlıqlarına düşkün, eyni vaxtda təvəzökar və inamlı insanlardır. İstiqanlı, şən və bəzən həssas reaksiyalar verirlər.
Yanında əlavə şəkər istəyirsinizsə
Həyatı çox da ciddiyə almayan, gözlənilməyən anda gözlənilməyən reaksiyalar verən, çox seçici bir xarakterə maliksiniz. Sadəcə gördüyünüz işdən zövq almağı sevirsiniz və əyləncəlisiniz.
Əlavə isti
Yale Universitetinin psixoloqları əlində isti içki tutan insanların, soyuq içki tutan insanlara nisbətən daha anlayışlı və sevimli olduqları nəticəsinə gəliblər.
Kapuçino
Hər şeydən məmnun olmayan, hər şeyi nəzarətdə saxlayan, həssas və şüpəli xarakterə malikdirlər.
Hazır qəhvə
Hazır qəhvəyə üstünlük verənlər isə ümumilikdə sakit, rahat, biraz vecsiz bir xarakterə sahibdirlər.
Krem əlavəli
Mükəmməlliyyətçidirlər, idarəçilik etməyi sevirlər.
Kofeinsiz qəhvə
Sağlamlığınızın qeydinə qalırsınız. Həddən çox kofein almağın zərərlərini yaxşı bilirsiniz, eyni zamanda da kofeini az miqdarda qəbul edərək xeyrindən faydalanmaq istəyirsiniz.
Buzlu qəhvə
Dəb ilə sıx əlaqəlisiniz və yeni çıxan bütün trendləri izləyirsiniz. Son zamanların trendi olan buzlu qəhvədən imtina edə bilmirsinizsə, deməli sərbəst olmağı sevirsiniz.
Double shot espresso
Yuxnuzu qaçırtmaq üçün seçirsiniz. Həyatınızda hər şeyi eyni anda idarə etmək istəyirsiniz və bunun üçün də yuxunuzu qaçıraraq işləməyi seçirsiniz.
Böyük stəkan
Qısqanılacaq həyat tərziniz var. Hər şeyə vaxt ayıra bilirsiniz və hər şeyi dadında yaşayırsınız.