“Maraqlı psixoloji testlər

Maraqlı psixoloji testlər

Bu yazımızda sizin üçün olduqca asan və əyləncəli psixoloji testlər hazırladıq.

Bu əyləncəli psixoloji testlər psixoloji araşdırmalar ilə dəfələrlə sınanmış və gündəlik həyatda da tez-tez istifadə olunan optik illüziyalardır.
Testin düzgün cavabı isə yazımızın sonunda qeyd olunub.

Sizcə hansı şəkildəki çəhrayı dairə daha böyükdür?

Psixoloji test

- Soldakı?

- Və ya sağdakı?

Cavabınızı seçdinizsə, düzgün cavabı oxuyun.

Bu şəkildəki çəhrayı dairələr bəzən olduqca yanıldıcı ola bilər. Əslində soldakı böyük mavi dairələrlə çevrilmiş çəhrayı dairə ilə, sağdakı kiçik dairələrlə çevrilmiş çəhrayı dairə bərabər ölçüdədir. Ebbinghaus illüziyası da deyilən bu illüziya kontur və fərqli şəkil qruplandırmaları ilə necə anlayışda fərqlilik yaradıla biləcəyinizi sübut edir.

İkinci testimizdə isə sizə digər bir maraqlı optik illüziya testi təqdim edirik. Aşağıdakı çevrələr sizcə bir-birinin içinə keçibmi?
Cavabınızı dəqiqləşdirin və aşağıda qeyd etdiyimiz düzgün cavabı oxuyun.

Psixoloji test

Əslində yuxarıda gördüyünüz çevrələr bir-birinin içinə keçmiş halda deyil. Ancaq 2 fərqli rəngdə olan kvadratlardan təşkil olunması və kvadratların istiqaməti çevrələri bir-birinin içindən keçirmiş kimi göstərir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!