Mütəxəssislər saç rənginə görə qruplaşdırma aparmışdır. Analizlərin nəticələrinə görə qəhvəyi saçlılar yaradıcılıq və əl qabiliyyətləri ilə, sarışınlar sosial olmalarıyla, qaraşınlar isə idarə etmə qabiliyyətləri ilə diqqət çəkirlər.
Qəhvəyi saçlı qadınlar
Əsmərlər və qumrallar, adətən, məsuliyyətli olmaları ilə tanınırlar. Fransız mütəxəssislər Nobel mükafatı qazanan insanların çoxunun əsmər olduğuna diqqət çəkir. Yəni bu, əsmərlərin daha ağıllı olduğunumu bildirir? Bunu demək çətindir, amma onların çalışqanlıqları ilə arzuladıqları mərhələyə nail olması məlum məsələdir.
Sarışınlar üçün xarakter analizi
Sarışınlar, adətən, cəlbedici qəbul edilirlər. Eyni zamanda baxımlıdırlar. Digər saç rənginə sahib olan qadınlarla müqayisədə daha tez evlənən sarışınlar boşanma mövzusunda da liderliyi qoruyub, saxlayır.
Qara saçlı qadınlar üçün xarakter analizi
Qara saçlı qadınlar ağır hərəkətləri ilə seçilirlər. Kişilərdə hörmət oyandıran qara saçlı qadınlar haradan gəlib haraya gedəcəkləri mövzusunda həddindən çox düşünürlər. Mütəxəssislər qara saçlı qadınların daha ciddi olduqlarına da diqqət çəkir. Bəzən melanxolik olurlar, çox vaxt öz güclərindən şübhə edirlər.