“Bu meyvələrin qabıqlarını atmayın

Bu meyvələrin qabıqlarını atmayın

Bu meyvələrin qabıqları özlərindən daha faydalıdır və fərqli şəkillərdə istifadə oluna bilirlər. Qabıqlarını saxlamalı olduğunuz meyvələr bunlardır:

Portağal qabığı

Portağal qabığı mütləq saxlamalı olduğunuz meyvə qabıqlarından biridir. Portağal qabığı tərkibində olan flavonoidlər (bitkilərin tərkibində olan antioksidant və iltihab əleyhinə maddə) sayəsində dəriyə qulluq üçün çox təsirli vasitələrdən biridir. Onu dərinizə çəkərək qara nöqtələrdən və yağlı görüntüdən qurtula bilərsiniz.

Banan qabığı

Olduqca çox faydası olan banan qabığı da çox zəngin antioksidant, mineral və vitamin mənbəyidir. Onu sızanaq və yaraların sağalması üçün üzünüzə çəkə bilərsiniz. Digər bir xüsusiyyəti də dişləri ağartmaqdır. Gündə iki dəfə banan qabığının ağ tərəfini dişlərinizə sürtərək, bir neçə həftədə dişlərinizi ağarda bilərsiniz.

Alma qabığı

Almanın tərkibində olan lifin yarısı onun qabıqlarındadır. Bu xüsusiyyəti ilə alma qabığı həm çox dəyərlidir, həm də A, C vitaminləri və kaliuma malikdir. Almanı qabığını soyaraq yedikdə isə bu vitaminləri itirmiş olursunuz.

Kivi qabığı

Kivi, adətən, qabığı soyularaq yeyilən bir meyvə olaraq tanınır. Ancaq kivinin qabığında özündə olandan daha çox C vitamini var. Flovonoid baxımından da zəngin olan kivi qabığı antioksidant xüsusiyyətə malikdir. Onu dəriyə vurmaq sızanaqları azaldır.

Xiyar qabığı

Gözəllik və dəriyə qulluq mövzusunda xiyar qabığı ən qiymətlilər arasındadır. Xiyar qabığında silica adlı çox əhəmiyyətli bir maddə var. O, dərinin kollagen yaratmasına kömək edir və uzun müddət gənc qalmasını təmin edir. Həmçinin xiyar qabığında bol miqdarda K vitamini var. Dəriyə çəkdikdə onu yeniləyir. Maska reseptlərində də istifadə edə bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar