Təbii və orqanik məhsulları sevənlər üçün evdə hazırlana biləcək maraqlı maskalardan biri daha..
Gənc bir cild üçün müntəzəm olaraq maskalar etmək və nəmləndirmək çox önəmlidir. Bu işdə sizə son dönəmlərin ən populyar maskalarından biri olan düyü maskası kömək edə bilər. Düyü unu ilə hazırlanan baxım maskası daha gənc, parıltılı və sağlıqlı bir cildə sahib olmaq istəyənlər üçündür.
Düyü maskasının qırışıqları azaltmaq kimi xüsusiyyəti də var. Məşhurların gözəllik sirləri içərisində də göstərilən düyü maskası cild toxumalarının yenilənməsinə kömək edir. Qan hüceyrələrini hərəkətləndirdiyi üçün qırışıqlığı da azaldır. Bundan başqa, maskanın hazırlanması çox asan olduğu üçün ev şəraitində hər kəs hazırlaya bilər. Maskanın təsirini göstərməsi üçün həftədə 3 gün müntəzəm olaraq istifadə olunmalıdır.
Bu maskanın dəridəki məsamələri təmizləmə xüsusiyyəti də var. Geniş məsamələrə və yağlı cildə sahib olanlar düyü maskası edərək bu problemlərdən qurtula bilər. Yatmamışdan əvvəl üzə qulluq üçün istifadə edilən düyü maskası qısa zamanda öz təsirini göstərir.
TƏRKİBİ
• 3 çay qaşığı düyü
• 1 xörək qaşığı bal
• 1 xörək qaşığı süd
HAZIRLANMASI
Düyüləri soyuq suya qoyun və orta istilikdə yumuşalana qədər bişirin. Bişən düyüləri süzün. Suyunu atmayın! Düyüləri soyuq su ilə yuyun və isidin, sonra isə ilıq olana kimi soyumasını gözləyin. İlıq olanda üstünə su əlavə edin və yaxşı-yaxşı qarışdırın. Üstünə bal əlavə edin. Bu düyü maskasını dərinizə çəkin və 15 dəqiqə gözləyin. Sonra düyünün suyu ilə üzünüzü qurulayın.
Digər maska xəbərlərimizə də baxa bilərsiniz:
- Qırışlar üçün 3 xüsusi yumurta maskası
Daha ətraflı oxu: https://www.leydi.az/deriye-qulluq-3/qirislar-ucun-3-xususi-yumurta-maskasi-1217
- Evdə hazırlaya biləcəyiniz meyvə maskaları
Daha ətraflı oxu: https://www.leydi.az/deriye-qulluq-3/evde-hazirlaya-bileceyiniz-meyve-maskalari-1215