Xüsusilə yay aylarında kürəkdə yaranan sızanaqlar qadınların kabusuna çevrilə bilir. Ancaq onlardan qurtulmaq heç də zənn edildiyi qədər çətin deyil.
Neçə yaşında olmağımıza baxmayaraq sızanaq bizim problemimizə çevrilə bilir. Bəzən üzümüzdə və kürəyimizdə çıxan sızanaqların yaranmasına səbəb hormonal dəyişikliklər, stres və ya gigiyena mövzusunda həssas olmamağımız kimi faktorlar ola bilər.
Kürəyinizdəki sızanaqlar qış aylarında çox göz önündə olmadığı üçün diqqətinizi çəkməsə də yay ayları ilə birlikdə nəzərə çarpmağa başlayır. Heç kəs geyindiyini kürəyi açıq geyimin sızanaqlar səbəbindən pis görünməsini istəməz.
Sadəcə 3 addımda kürəyinizdəki sızanaqları azaldaraq onlardan qurtula bilərsiniz:
Təmizlik:
Üzümüzü hər gün təmizləyib qulluq edirik. Ancaq eyni şeyi bədənimiz üçün də etdiyimizi demək olmaz. Sızanaqların qarşısını almaq üçün ilk etməli olduğumuz şey isə təmizliyə diqqət göstərməkdir. Xüsusilə sızanaq çıxan bölgələri hər gün antibakterial sabunla yumalısınız. Üzümüzü yumadığımız zaman dərimizin buna reaksiya göstərməsi kimi bədən dərimiz üçün də bu keçərlidir.
Peeling:
Peeling artıq hər birimizin qulluq rejimində həftədə bir dəfə yer alır. Üzümüzdəki ölü dəriyi atmaq gözəlliyimiz üçün önəmlidir. Bədənimiz də üzümüz kimi peeling-ə ehtiyac duyur. Bədənimizi də üzümüzü olduğu kimi davamlı olaraq bədən üçün nəzərdə tutulmuş peeling vasitələri ilə həftədə iki dəfə ovaraq ölü dərilərdən təmizləməliyik.
Geyim:
Geydiyimiz geyimlərin parçası dərimizə hava keçirməsi və tərlədiyimiz zaman onu özünə hopdurmalıdır. Bu çox önəmlidir. Çünki tər dərimizdə bakteriyaların yaranmasına, yəni sızanaqlara səbəb olur. Xüsusilə də idman zamanı geyilən geyimlərə xüsusi diqqət göstərilməlidir. Bunun səbəbi ən çox idman edərkən tərləməyimizdir. Geyilən geyimlərin hava keçirməsi və pambıq olması müsbət cəhətlərdir. İdmandan dərhal sonra duş qəbul etməyi də unutmayın.