Xüsusilə mədə problemlərinə xeyri olan nanənin daha bir çox faydası var.
Bunlardan bəzilərini sizin diqqətinizə çatdırırıq.
- Nəfəs almanı asanlaşdırır.
-Qaraciyər çatışmazlığı problemini aradan qaldırır.
- Öd kisəsinin fəaliyyətini nizamlayır. Aybaşı qanamalarının müntəzəm və ağrısız olmasına şərait yaradır.
- Bağırsaq spazmasını keçirir.
- Həzmi asanlaşdırır.
- Astım, qrip, bronxit və öskürək üçün faydalıdır.
- Sükunət verir. Əl və ayaqların titrəməsi, dilin tutulması, iflic və yuxusuzluq kimi problemlər zamanı istifadə olunur. Həyəcanı və qorxunu keçirtməkdə faydalıdır. Sinir sistemini qüvvətləndirir.
- Qusmaların qarşısını alır. İstiliyi salır.
- Süd verən analarda şişən döşlərin şişini yatırdır.
- Miqren, yuxusuzluq və baş gicəllənməsində faydalıdır.
- Soyuq dəyməsi hallarında istifadəsi yaxşı təsir edir.
- Bağırsaq qurdlarının tökülməsində köməkçidir. Mədə ağrısını kəsir. Ancaq mədəsində qastrit olanlar artıq istifadə etməməlidirlər.
Qeyd: Nanə uşaqlığı incəltdiyi üçün hamilələrin bunu istifadə edərkən diqqətli olmaları lazımdır. İlk aylarında həddindən artıq istifadə olunması uşaq salmağa səbəb ola bilər.
Nanə çayı necə hazırlanır?
3-4 ədəd təzə nanə yarpağını bir qaba düzün və 24 saat saxlayın. Qurumuş yarpaqları əlinizdə ovun. Bir dəm çaynikində suyu qaynadıb götürdükdən sonra həmin ovuqdan 3 çay qaşığı tökün və 20 dəqiqə dəmlənməsini gözləyin. İstəsəniz, çayınızı limon və ya balla içə bilərsiniz.