Çətin keçən bir ildən sonra Öküzlər ətrafdakı dostlarının da köməkliyi ilə xoş bir il keçirəcəklər. Münasibətlərində daha çox ön planda olacaq və başqaları tərəfindən təqdir edilən bir il yaşayacaqlar.
Meymuna nəzərən daha yavaş olan Öküzlər bu il Meymunun çevik enerjisinə uyğunlaşmaq üçün arada dərin nəfəs almalı, özlərinə vaxt ayırmalı və münasibətlərində ani hərəkət etməzdən öncə iki dəfə düşünməlidirlər.
Münasibət yaşayan Öküzlər öz həyat yoldaşlarına və ya sevgililərinə hədiyyələr və süprizlər edərək münasibətlərini canlandırmalıdırlar.
Subay olan Öküzlər isə 2016-cı ildə İlan ili ilə münasibətə başlasa, münasibət evliliklə nəticələnəcək və xoşbəxt evlilik onları gözləyir.
Öküzlər İlanlardan əlavə olaraq Siçan və Pələng ilində doğulan şəxslərlə xoşbəxt münasibət yaşayacaqlar.
Meymun, Əjdaha və At bürcü bu il Öküz ili ilə münasibətində diqqətli olmalıdır. Bu bürclər Öküzlə münasibətlərində sakit olmalıdırlar.