Yanvarın ilk on günlüyü il ərzində Şir üçün ən vacib vaxtdır. 9 yanvarda, siz nadir bir fürsətlə qarşılaşa, yeni iş seçimi və ya vacib əlaqələr barədə qərar qəbul edə bilərsiniz. 2018 üçün nəzərdə tutduğunuz planları xatırlayın, onları reallaşdırmaq üçün dəstək alın və unutmayın ki, işlərinizi nə qədər tez yoluna qoysanız, məqsədinizə bir o qədər qısa müddətə nail olacaqsınız. Ən gözlənilməz anda şəxsi həyatınızda dəyişikliklər yaşaya bilərsiniz. Yanvarın ikinci yarısı çox sürprizlər gətirəcək. Anidən yeni fəaliyyətlərə başlaya bilərsiniz və bu sevdiyiniz şəxslə əlaqəli ola bilər.
11 - 14 mart tarixlərində yeni imkanlar açıla bilər, lakin heç kim sizə kömək və dəstək verməyəcək. Şirlər işin bütün hissəsini özbaşlarına həll etməli olacaqlar. Əgər müvəffəqiyyətli olsanız, biznesinizi genişləndirə və rəqibləri geridə qoya biləcəksiniz. Əgər əvvəllər heç vaxt səfərdə olmamısınızsa, martın ikinci yarısı, aprelin əvvəlində bunun üçün gözlənilməz fürsət yaranacaq. Keçmişdəki səhvləri və borcları qaydaya salmaq üçün apreldə həmişəkindən daha çox çalışmalı olacaqsınız. Paralel olaraq biliklərinizi möhəmləndirib, yeni maraqlar axtarışına çıxacaqsınız. Ayın son həftəsində fikir mübadiləsi edə bildiyiniz insanlar ilə əlaqələr qarşılıqlı faydalı olacaqdır. Aprelin 17- də işlə bağlı və ya şəxsi həyat xarakterli önəmli görüş keçirəcəksiniz. May həm istirahət, həm də işləmək üçün uyğun vaxtdır. “Şir” qüdrətli olduğunu unutmamalı və “At” kimi işləməməlidir. İşinizi necə təşkil edəcəyinizi, az işləyib, perspektivli olmağın yollarını düşünün. 20 mayda sizi xoş sürpriz gözləyə bilər. Bu, ilk görüşdə sevgi də ola bilər, xoş bir təsadüf də. Evli şirlər ailələrində soyuqluq yaşayacaqlar və bu vəziyyət iyunun 5- nə kimi davam edəcək. 2018 – ci il iyunun 13 – də yeni Ay güclü potensiala malik olacaq və sizin üçün önəmli olan məsələlərlə bağlı gələn işarələrə diqqətlə nəzər yetirməlisiniz. Dostlarınız və yoldaşlarınız həyatınızda böyük rol oynayacaqlar. Əliaçıqlıq və qonaqpərvərlik qarşılıqlı anlaşmaya nail olmaq və doğru insanlarla əməkdaşlıq qurmağa kömək edəcək. Səmimiyyətiniz sizə güvənən insanların sayını çoxaldacaq. İyulun əvvəllərində hissləriniz sizə uzun illər sürən axtarışlar və xəyal qırıqlıqları sonrasında məqsədinizə çatdığınızı deyəcək. Ayın sonunda isə hər şey birdən-birə dəyişəcək və həqiqətən baş verənləri başa düşməyəcəksiniz. İş sizin qurtuluşunuz olacaq və avqust ayında çoxsaylı çatışmazlıqlar, qaçırılan imkanlar, kədərlənmə və təəssüf üçün düşünməyə vaxtınız qalmayacaq. Məhz avqustda anlayacaqsınız ki, həyat, bəzi mövzularda bizi iki dəfə imtahan edir. Amma bilin ki, hər qaranlıq gecənin ardınca günəşli sabahlar gəlir.
Sentyabr ayında duyğular sakit və dinməz şəkildə arxa planda olacaq. Əlaqələrinizdə tərəfdaşlıqla yanaşı öz dəyərlərinizlə də maraqlanacaqsınız. Gəldiyiniz razılıqlar, sizi yeni və daha üst mərhələyə aparacaq. Sentyabrda qarşılaşdığınız maneələr sizi qıcıqlandırmayacaq, anlayacaqsınız ki, yeni və əlverişli fürsətlər uzaqda deyil. Yeniliklər üçün ən yaxşı tarix 10, 14, 19 sentyabrdır.
Oktyabr ayında öncəliklərinizi gözdən keçirəcəksiniz və ailəniz üçün, yaxınlarınız üçün nə qədər dəyərli olduğunuzu öyrənəcəksiniz. İş yerində müvəffəqiyyətsiz layihələriniz olacaq, ardıyca gələn yaradıcı fikirləriniz sizi vəziyyətdən xilas edəcək. Ayın sonunda işinizə məsuliyyətlə yanaşın.
Noyabrda Yupiterin hərəkəti xoş əlamətlər vəd edir. Həyatınızda xoşagələn fərqliliklər və dəyişikliklər olacaq. Ancaq, ən əsası odur ki, kiçik cəhdlərdən sonra görünməmiş yüksəkliklərə qalxacaqsınız. Buna görə, payızın sonuna qədər artıq ideyalara deyil, təyin edilmiş məqsədlərə, həmçinin əlaqələrə, vasitələrə və yaxşı fiziki göstəriciyə sahib olmaq vacibdir.
Nailliyyət qazanmaq üçün dekabr yaxşı vaxtdır. Dekabrın üçüncü on günlüyündə iş yoldaşlarınızla səmərəli vaxt keçirmək üçün əlinizdən gələni edin. Bayramlar gözəldir və təbii olaraq, bayramda çəkilən xərclər də. Məhz ilin bu vaxtında təməlini qoyduğunuz layihələr gələn ilin ilk planı olacaq.