“Mübahisə zamanı bürclər nədən istifadə edir?

Mübahisə zamanı bürclər nədən istifadə edir?

Yumruqlarına güvənən - QOÇ!
Əyri oturub düz danışaq, uzanıb gedən danışıqlarla kim nəticəyə çatıb? Soruşsan hər kəs problemlərini danışaraq həll etməkdən yanadır. Qarşısındakı sözdən anlamırsa, nə etməli? Qoçlar nə etmək lazım olduğunu çox yaxşı bilirlər. Danışaraq həll edilməyən problemləri yumruğu ilə bir neçə dəqiqədə həll edə bilərlər.

Səbrinin meyvəsini toplayan - BUĞA!
Heç kimin kiməsə dözümü qalmadığı günümüzdə, qarşılıqlı münasibətlərdə sayğını hakim qılmaq getdikcə çətinləşir. Bir çoxları da parlamağa yer axtarır. Buğalar isə tam əksinə, qarşısındakı ilə orta yolu tapa bilmək üçün tər tökür. Qırıcı sözlər deyilsə belə səbr edir, edilən bütün səhvləri sinəsinə çəkir. Mübahisə qaçınılmazdırsa, ən güclü silahını istifadə etməkdən isə çəkinmir. Susur! Qarşısındakını səssizliyi ilə cəzalandırarkən, qışqıraraq qazanacağından daha çoxunu əldə edir.

Qarşısındakını zəkası ilə yerlə bir edən – ƏKİZLƏR!
Mübahisə etmək üçün bir çox yol var. Fiziki qüvvənə güvənə bilərsən, amma bu qarşındakı səndən güclü olana qədər keçərli olur, susa və ya danışa bilərsən, bu da qarşındakı sənin zəif nöqtənə toxunana qədər keçərli olacaq. Lakin bu mövzularda əkizlər bu işi çoxdan həll edib. Zəkalarına güvənərək qarşısındakı insana elə bir plan hazırlayırlar ki, hər mübahisədən haqlı çıxmağı bacarırlar.

Duyğuları hədəf alan – XƏRÇƏNG!
Kim deyib mübahisələrin təməlində hirs yer alır? Bir az dərinləri eşələmək lazımdır, hirsi tətikləyən elə duyğulardır. Üstün sezgilərə sahib olan xərçənglər də hər zaman problemin başlanğıc nöqtəsini yaxşı bilirlər. Hədəfi də əvvəlcə o nöqtəni tapıb duyğularını hərəkətə gətirirlər. İşlər qızışanda belə sevgisindən və əvvəlki yaxşılıqlarından dəstək almağı yaxşı bilirlər. Duyğusal borclar işin içinə girdikdən sonra önündə kim dayana bilər?

Tək baxışı bəs edən – ŞİR!
Kimiləri də əlini heç kirlətmədən işləri tək sözü ilə həll edir. Nə etiraz edə bilirsən, nə də qarşı çıxmağa cəsarətin çatır. Bəli, şirlər tam olaraq o insanlardandır. Özgüvəni və tutduqları status haqlılıqlarının bir sübutudur. Avtoritar davranışlarına baş qaldırmaq, sözünün üzərinə söz demək kimin həddinə? Tək bir baxışları belə bəs edir qarşısındakını mat etməyə.

Hər sözə cavabı olan – QIZ!
Kəskin dilləri və tənqidləriylə qız bürcü insanları, nə iç səsinə, nə də qarşısındakının özünü haqlı çıxarmasına fürsət verir! Zəif nöqtələri anında müəyyən edərək qarşısındakının cavabını verir. Beləcə bir çox mübahisədən haqlı olaraq çıxar.

Tarazlıq axtarışında olan – TƏRƏZİ!
Bəziləri üçün mübahisə etmək elə də mümkün deyil. Əvvəlcə anlaşmaq üçün hər yolu sınayar, nəticə ala bilməmək ortada olanda rollar dəyişər! Tərəzilər mübahisə edərkən belə ədalətin tərəfindədilər. Bir söz eşitsə, sadəcə onun qarşılığını verər, tarazlığı pozacaq hər hansısa bir müdaxilə etmək onların tərzi deyil.

Qarşısındakını doğulduğuna peşman edən – ƏQRƏB!
İntiqamın soyuq yeyilən bir yemək olduğunu bilən əqrəblər, işlər cığırından çıxanda soyuqqanlı davrandıqdan sonra zirehləri endirib zərbələrini əsirgəmirlər! Bu səbəbdəndir ki, heç kim əqrəblərə səsini yüksəltmir.

Pozitiv düşünən – OXATAN!
Hər kəs mübahisələrdən aldığı yaralar ilə çıxarkən, geri dönüşü olmayan sözlər deyərkən, oxatanlar rahatlıqlarını qoruyur. Hər zaman pozitiv düşünür və qarşılığını alır. Qarşısındakı isə hirsindən dəli olmaqla kifayətlənir.

Strategiyasından istifadə edən – OĞLAQ!
Mübahisə etməyin bir ərdəm olmadığını ən yaxşı oğlaqlar bilir. Mübahisəni ən son seçim olaraq dəyərləndirir, başqa çıxış yolu qalmadığı halda belə işləri səssizliklə həll edirlər. Hərəkətlərinin və sözlərinin nəticəsini çox yaxşı bilirlər. Eyni zamanda qarşı tərəfdən gələn qarşılıqların da əlini necə gücləndirəcəyini də hesablayıb, sular durulmadan mübahisədən haqlı olaraq çıxarlar.

Sözləri silah kimi işlədən – DOLÇA!
Mübahisə zamanı qarşısındakını darmadağın etmək üçün fiziki qüvvəyə əl atmırlar. Tək bir söz yumruqların etdiyindən daha artığını edə bilir. Sözünü heç kimdən əsirgəməyən dolçalar həqiqəti yaxşı bilir. Kimisə incitmək üçün çalışmasalar da əsəbləri alt-üst ediləndə silah kimi işlətdiyi ağır sözləri ilə qarşısındakını ağlada bilər!

Gözyaşlarına hakim ola bilməyən – BALIQLAR!
İnsanların diqqətdən qaçırdığı bir şey var. Haqlı çıxmaq üçün hər zaman üstə çıxmaq yetərli olmur. Hətta nə qədər üstə çıxsan, bir o qədər hücuma məruz qalarsan. Qurban roluna bürünərək ən qızğın rəqibini belə quzuya döndərə bilər balıqlar. Bunu çox yaxşı bildikləri üçün tək bir gözyaşı ilə bir çox mübahisədən haqlı olaraq çıxıb, ən haqsız vəziyyətdə belə qarşısındakı insanı anında sakitləşdirə bilər.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar