“2018-də Xərçəng bürcünü nələr gözləyir?

2018-də Xərçəng bürcünü nələr gözləyir?

2018 xərçənglər üçün  böyük dəyişikliklərlə dolu olacaq. Məhz xərçənglər ailəsinin dəstəyi ilə bütün çətinliklərin öhdəsindən uğurla gələcək. Yeni bir ev və ya torpaq sahəsi alıb, daha elit yaşayışa başlamaq – bütün bunlar yeni ilin aktual mövzuları olacaq, eyni zamanda yeni bir iş, bir status və gəlirlərin sürətlə artacağına dair hər cür qazancınız olacaq.

Yanvar yeni layihələr, müqavilələr, əsas anlaşmalar ayıdır. Rəsmi statuslarınız yüksələcək, etibarlı olacaq. Necə ki, iş həyatı baxımından uğurlu müddət keçirəcəksiniz, eləcə də evlilik üçün uyğun zamandır. Hərçənd ki, biz, çox böyük toy və ya nailiyyətlərinizi nümayiş etdirməyi məsləhət görməzdik. Hər şey - evdə, bankda, kassada. Sazişlər - qapalı qapılar arxasında.

Fevralın ilk iki on günlüyü maraqlı və əyləncəli olacaq. Bu müddətdə maraqları, ictimai çevrəni, gündəlik rejimi dəyişmək çox gözəl olardı. Özünüzü sağlam həyat tərzinə alışdırın, pəhriz saxlayın, vərdişlərinizdə diqqqətli olun, onlar sizin həyat tərzinizə çevriləcək. Fevralın üçüncü on günlüyündə daha həssas və duğusal olacaqsınız. Başqalarının problemləri sizi dərindən kədərləndirə bilər. Siz kiməsə qayğı göstərəcək, kömək və hətta xilas edəcəkəsiniz, amma bu sizə müsbət nəticələr verəcək. Sizə kədər gətirəcək sevgidən uzaq durun.

Martdakı ünsiyyətləriniz nəzərdə tutduğunuzdan daha çox təsirli olacaq. Müvəffəqiyyət qazanmaq arzusu, daha yüksək səviyyəyə yüksəlmək istəyi sizi mənfi yöndə xarici təsirlərlə qarşı-qarşıya qoyacaq. Yeni qurulan münasibətlərdə çevik davranın. Birinin sizə köməyi sayəsində asanlıqla irəli gedəcəksiniz, lakin rəqabətə hazır olun. Qısa yoldan getməyin, orijinal yanaşma məsələlərin həlli olacaq.

Apreldə arzularınızı həyata keçirmək üçün əlverişli şərait yaranacaq. Sirli bir qüvvənin köməyi ilə hadisələrin istədiyiniz yönə doğru irəlilədiyini görəcəksiniz. Tez-tez müxtəlif yerlərə dəvət alacaqsınız və ordan qazandığınız təcrübələr sizə çox faydalı olacaq. Başqa insanlardan nümunə götürün, lazım olan anda isə eyni üsuldan istifadə edin. Aprel ayının sonu - may ayının əvvəlində işləriniz böhrana məruz qalacaq. İş yoldaşlarınızın köməyini alaraq, öhdəliklərinizi gözdən keçirin, əks halda çökəklikdə qalacaqsınız. Əsla geri çəkilməyin, sizin intuisiyanız başqalarınınkından güclü ola bilər və həll yolunu tapa bilərsiniz.

Sevgi məsələlərinin həlli üçün iyunda hərəkətə keçin. Bu, hisslərinizin uğurla nəticələnəcəyi vaxtdır. Unutmayın, həssaslıq və duyğusallıq yalnız zəif cinsə aid deyil. Evli xərçənglər, böyük məmnuniyyətlə ailə işlərinə zaman ayıracaqlar. 5, 6, 14, 15 iyun böyük investisiyalar və satın almalar etməməli, həyatınızla bağlı radikal dəyişimə qərar verməməlisiniz. İyunun sonu və iyulda dəvətsiz qonaqlara və ailə daxilində yaşanacaq hadisələrə hazırlıqlı olun. Daha geniş ünsiyyət çevrəsi yaradın.

Avqustda xəyallarınız gerçəkləşəcək və xarici səfərə çıxıb, yoldaşlarınızla unudulmaz xoş anlar yaşayacaqsınız. Bu ayda keçmiş münasibətlərinizi və dostlarınızı xatırlayacaqsınız. Ayın son günlərində əlaqələrinizdə şimşəklər çaxacaq. Ancaq dürüstlük sizin hər çətin vəziyyətdən xilasınızdır.

Sentyabr sizə, keçmiş müvəqqəyyətinizi çox uzun müddət yaşadığınızı və maddi baxımdan zəiflədiyinizi anlamaqda imkan yaradacaq. Payızın başlanğıcı adətən yeni bir fəaliyyət dövrü ilə əlaqələndirilir və 2018-ci il də belə olacaq. Bu səbəbdən iş yoldaşlarınız kəskin dəyişiklikləri müzakirə etməyə başlayacaq və yaradıcı fikirlərinizin köməyi ilə yaxşı mənada seçiləcəksiniz.

Əgər oktyabr ayında sevdiyiniz şəxs və ya ailə üzvlərinizdən biri yaxşı perspektivlə qarşılaşsa, ona hər mənada dəstək olun. Sizin dəstəyiniz Allah tərəfindən qiymətləndiriləcək və tez zamanda ard-arda gözəlliklər yaşayacaqsınız.

Noyabr ayında vaxtınızı uğurla irəliləyən layihələrin tamamlanmasına həsr etməyiniz tövsiyə olunur. Bu ay böyük mənfəət vəd edir. Venera və Merkurinin geriləməsi səbəbiylə yenilikləri 10 dekabra qədər gözləməli olacaqsınız. Amma ilin sonu son dərəcə optimist görünür və bu müddətin ən yaxşı şəkildə necə keçirilməsinə əvvəlcədən qərar verməlisiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar